Kənd və şəhər əhalisi üçün kommunal tariflər dəyişməlidir? – İqtisadçıdan TƏKLİF
12 Noyabr 2026, 19:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1849
16.04.2021, 18:20
Bakının Nərimanov rayonunda plana düşən yaşayış binalarının söküntüsünə başlanılacaq.
Oxu24.com-un əldə etdiyi məlumata görə, söküntü işləri ilk olaraq Ağa Nemətulla küçəsində yerləşən plana düşən binalardan başlanacaq. Artıq Ağa Nemətulla küçəsi 32 ünvanındakı binanın söküntü işlərinə hazırlıq görülür.
Nərimanov rayon İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, adıçəkilən layihə pilotdur. Qeyd edilir ki, həmin ərazilərdə bir neçə bina artıq sökülüb.
“Sakinlərlə danışıq aparılır. Binanın sakinləri tam şəkildə köçürüləndən sonra söküntü işlərinə başlanılır. Sakinlər üçün kirayə mənzillər ayrılır.
Vətəndaşların kirayə haqqı, daşınma üçün lazım olan vəsait və digər xərclər pilot layihəni reallaşdıran şirkət tərəfindən ödənilir. Sökülən binanın yerində yeni bina tikiləndən sonra vətəndaşlara hazırkı mənzillərinin sahəsindən çox kvadratlı yeni mənzillər verilir.
Elə mənzil sahibləri olacaq ki, onlara hətta əlavə bir otaq da verilə bilər. Yeni mənzillər tam təmirli olacaq. Orada hər mənzil sahibi ilə fərdi olaraq danışıqlar aparılır və müqavilə də fərdi olaraq bağlanılır”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi və Nazirlər Kabinetinə təqdim etdiyi istismara yararsız olan qəzalı binaların sayı 17-dir.
Bu 17 binanın çoxu Sabunçu rayonu ərazisindədir. Bundan başqa Xətai, Səbail, Nərimanov, Yasamal rayonu ərazisində də var. 2020-ci ildə koronavirus pandemiyası ilə bağlı söküntü-tikinti işləri dayandırılmışdı. Göründüyü kimi işlərə Nərimanov rayonundan start verilir.
19:16 / 12 Noyabr 2026
9
19:15 / 12 Noyabr 2026
1
19:09 / 12 Noyabr 2026
38
19:03 / 12 Noyabr 2026
46
18:58 / 12 Noyabr 2026
54
18:50 / 12 Noyabr 2026
61
18:42 / 12 Noyabr 2026
536
18:40 / 12 Noyabr 2026
64
18:32 / 12 Noyabr 2026
250
18:28 / 12 Noyabr 2026
66
18:26 / 12 Noyabr 2026
86
18:16 / 12 Noyabr 2026
98
18:15 / 12 Noyabr 2026
85
18:07 / 12 Noyabr 2026
92
17:53 / 12 Noyabr 2026
88
17:19 / 12 Noyabr 2026
101
16:25 / 12 Noyabr 2026
109
16:21 / 12 Noyabr 2026
123
15:55 / 12 Noyabr 2026
131
15:36 / 12 Noyabr 2026
565
15:15 / 12 Noyabr 2026
199
15:12 / 12 Noyabr 2026
120
14:15 / 12 Noyabr 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.