Kənd və şəhər əhalisi üçün kommunal tariflər dəyişməlidir? – İqtisadçıdan TƏKLİF
12 Noyabr 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3443
16.04.2021, 10:39
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri sahibləri və sürücülərə müraciət edib.
İdarədən Oxu24.com-a verilən xəbərə görə, tərəfdaş qurumlar tərəfindən verilmiş rəsmi məlumata əsasən, Rusiya Federasiyasının “Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə dövlət nəzarəti və həmin daşımaların icrası qaydalarının pozulmasına görə məsuliyyət haqqında” federal qanunvericiliyində dəyişiklik edilib:
"Belə ki, hazırda qüvvədə olan dəyişikliyə əsasən, xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsi Rusiya Federasiyasının (RF) dövlət sərhəd buraxılış məntəqəsinə daxil olduğu zaman həmin nəqliyyat vasitəsilə əvvəllər RF ərazisində törədilmiş inzibati xətaya görə nəzərdə tutulmuş inzibati cərimənin ödənilməməsi halı aşkarlanarsa, qeyd olunan nəqliyyat vasitəsinin RF ərazisində hərəkətini davam etdirməsinə yalnız sözügedən inzibati cərimənin ödənilməsindən sonra icazə verilir.
Xarici daşıyıcı və ya onu təmsil edən nümayəndə nəqliyyat vasitəsi Rusiya Federasiyasının dövlət sərhəd buraxılış məntəqəsinə daxil olduqdan sonra 3 saat ərzində inzibati cərimə öhdəliyini yerinə yetirməlidir. Əks təqdirdə həmin nəqliyyat vasitəsinin Rusiya Federasiyasının ərazisindən xaric edilməsi üçün qanunla müəyyən olunmuş tədbirlər görüləcək.
Bununla yanaşı, sözügedən qanunun müvafiq müddəalarının qüvvəyə minəcəyi 2021-ci il 7 iyul tarixindən etibarən eyni qaydaların Rusiya Federasiyasını tərk etmək istəyən xarici daşıyıcıya məxsus nəqliyyat vasitələrinə də şamil olunacağı nəzərdə tutulub. Yəni, xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsilə Rusiya Federasiyasının ərazisində törədilmiş inzibati xətaya görə nəzərdə tutulmuş inzibati cərimə ödənilmədiyi təqdirdə həmin nəqliyyat vasitəsinin Rusiya Federasiyasının ərazisini tərk etməsinə məhdudiyyət tətbiq ediləcək.
Eyni zamanda bildiririk ki, Rusiya Federasiyası DİN-in Dövlət Yol Müfəttişliyinin rəsmi internet səhifəsində (гибдд.рф) xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ödənilməmiş inzibati cərimələri haqqında məlumat əldə etmək imkanı yaradılıb".
19:19 / 12 Noyabr 2026
31
19:15 / 12 Noyabr 2026
29
19:09 / 12 Noyabr 2026
41
19:03 / 12 Noyabr 2026
48
18:58 / 12 Noyabr 2026
58
18:50 / 12 Noyabr 2026
61
18:42 / 12 Noyabr 2026
586
18:40 / 12 Noyabr 2026
65
18:32 / 12 Noyabr 2026
260
18:28 / 12 Noyabr 2026
68
18:26 / 12 Noyabr 2026
86
18:16 / 12 Noyabr 2026
98
18:15 / 12 Noyabr 2026
85
18:07 / 12 Noyabr 2026
93
17:53 / 12 Noyabr 2026
89
17:19 / 12 Noyabr 2026
101
16:25 / 12 Noyabr 2026
109
16:21 / 12 Noyabr 2026
123
15:55 / 12 Noyabr 2026
136
15:36 / 12 Noyabr 2026
571
15:15 / 12 Noyabr 2026
201
15:12 / 12 Noyabr 2026
121
14:15 / 12 Noyabr 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.