Qaynar xətt:

(+99450) 247 90 86

Ramazanda yoluxma riski 4-5 dəfə arta bilər - TƏBİB - VİDEO

Ramazanda yoluxma riski 4-5 dəfə arta bilər - TƏBİB - VİDEO

CƏMİYYƏT

1175

14.04.2021, 19:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ramazanda yuxu və qidalanma rejiminin dəyişməsi immun sistemində stabilliyin pozulmasına səbəb ola bilər. Bu səbədən şəkər, ürək-damar problemi olan, xronik qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkən şəxslərin oruc tutması tibbi olaraq məsləhət görülmür.

Oxu24.com bildirir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib. O bildirib ki, xroniki xəstəliyi olduğu halda oruc tutan şəxslərdə xəstəliklərin ağırlaşması müşahidə edilib.

F. Sədirov onu da qeyd edib ki, iftar süflərində insanların toplaşması epidemioloji vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər:

"Ramaz ayında iftar süfrələrində insanların sıx toplaşması müşahidə olunacaq. Bu, yoluxma riskinin 4-5 qat artmasına səbəb ola bilər. Bu səbəbdən mümkün olduğu qədər iftarda sıx toplaşmamaq faydalıdır. Əks halda vəziyyətə nəzarət etmək çox çətin olacaq. Bu gün yoluxma göstəriciləri yüksək tendesiya ilə davam edir.