Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Operativ Qərərgah yeni qərar verib

SON DƏQİQƏ! Operativ Qərərgah yeni qərar verib

CƏMİYYƏT

4070

13.04.2021, 12:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nazirlər Kabineti yanında Operativ Qərargah daha 3 növ üzrə Azərbaycan milli komandalarına məşq icazəsi verib.

oxu24.com  bildirir ki, bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

O bildirib ki, qrapplinq və həndbol üzrə kişilərdən ibarət yığmaların, həmçinin voleybol üzrə kişi və qadınlardan ibarət milli komandaların təlim-məşq toplanışları üçün razılıq alınıb:

"Bu idman növlərinin qarşıda beynəlxalq yarışları nəzərdə tutulur.

Nazirlik olaraq Operativ Qərargaha müraciət etmişik. Qərargah da onların hazırlıq prosesinə icazə verib".

Nazirlik rəsmisi artıq bu komandaların hazırlıqlara başladığını sözlərinə əlavə edib. O deyib ki, həndbol və voleybol millilərinin toplanışı aprelin 30-da, qrapplinqdə isə aprelin 23-də başa çatacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah daha əvvəl futzal millisinə qapalı məkanda məşq və oyun üçün icazə verib.