Maaşlarla bağlı AÇIQLAMA
12 Noyabr 2026, 20:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3414
13.04.2021, 12:28
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan Oxu24.com-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İran İslam Respublikasının Şərqi Azərbaycan (East Azarbaijan), Rəzavi Xorasan (Razavi Khorasan), Simnan (Semnan), Qəzvin (Qazvin) və Əlburz (Albors) əyalətlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İran İslam Respublikasının Şərqi Azərbaycan, Rəzavi Xorasan, Simnan, Qəzvin və Əlburz əyalətlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İran İslam Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
OXU24.COM
20:08 / 12 Noyabr 2026
10
20:05 / 12 Noyabr 2026
38
19:59 / 12 Noyabr 2026
21
19:49 / 12 Noyabr 2026
55
19:36 / 12 Noyabr 2026
65
19:31 / 12 Noyabr 2026
71
19:19 / 12 Noyabr 2026
81
19:15 / 12 Noyabr 2026
78
19:09 / 12 Noyabr 2026
75
19:03 / 12 Noyabr 2026
78
18:58 / 12 Noyabr 2026
86
18:50 / 12 Noyabr 2026
87
18:42 / 12 Noyabr 2026
848
18:40 / 12 Noyabr 2026
83
18:32 / 12 Noyabr 2026
336
18:28 / 12 Noyabr 2026
79
18:26 / 12 Noyabr 2026
98
18:16 / 12 Noyabr 2026
109
18:15 / 12 Noyabr 2026
99
18:07 / 12 Noyabr 2026
106
17:53 / 12 Noyabr 2026
101
17:19 / 12 Noyabr 2026
109
16:25 / 12 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.