Maaşlarla bağlı AÇIQLAMA
12 Noyabr 2026, 20:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2625
12.04.2021, 22:05
Bir aydır ki, ölkə apteklərində “Valerian” dərmanı yığışdırılıb.
MillətinSəsi.info bildirir ki, bu barədə oxucular məlumat verib. Oxucular ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olan xəstələrin sevimli vasitələri olan “Valerian”ı apteklərdə tapmadıqlarını bildirib.
Məlumatı dəqiqləşdirmək üçün paytaxt apteklərinin bir neçəsi ilə əlaqə saxlanılıb.
“Zəfəran”, “Həyat, AVIS, “Elit” apteklər şəbəkəsindən “Valerian” dərmanlarının satışda olmadığını bildirdilər:
“Bir ay olar ki, “Valerian” dərmanı satışda yoxdur. Dərmanın nə üçün satışdan yığışdırılması səbəbini bilmirik. Amma “Valerian” dərmanını hər gün onlarla xəstə soruşur. Dərman DEPO-da da yoxdur”.
Məsələ ilə əlaqədar dəfələrlə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin telefonu yığılsa da, zəngə cavab verilməyib.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı isə problemdən xəbərsiz olduğunu desə də, məsələni komitənin iclasında qaldıracağını da vurğuladı:
“Bu, bir başa Səhiyyə Nazirliyinə aid olan məsələdir. İndi mən bir neçə aptekə zəng edərəm. Əgər “Valerian” dərmanı olmasa, Səhiyyə Komitəsinin növbəti iclasında bu məsələni qaldıraram”.
Professor Adil Qeybulla isə açıqlamasında bildirib ki, istəlinən bir dərman dövriyyədən çıxarılanda əhaliyyə məlumat verilməlidir:
“Dərman Maddələrinin Dövlət Reyisti normal aparılmadığından bilinmir ki, bu ölkəyə hansı dərmanın icazəsi var, hansının yoxdur. Belə bir vəziyyətlə üz-üzəyik. Görürsünüz ki, daim öyrəşdiyimiz dərman yoxa çıxır, yenisi peyda olur. Əslində bunlar dərman bazarında olan anormal durumdur. Hansısa bir dərman dövriyyədən çıxarılırsa, bununla bağlı xalqa izahat verilməlidir. Dərman nəyə görə dövriyyədən çıxarılıb? Hansısa dərman dövriyyəyə girirsə, yenə də əhali məlumatlandırılmalıdır. Bunlar ciddi məsələlədir və əhalinin narazılığına səbəb olur”.
20:14 / 12 Noyabr 2026
21
20:08 / 12 Noyabr 2026
47
20:05 / 12 Noyabr 2026
58
19:59 / 12 Noyabr 2026
43
19:49 / 12 Noyabr 2026
67
19:36 / 12 Noyabr 2026
76
19:31 / 12 Noyabr 2026
78
19:19 / 12 Noyabr 2026
89
19:15 / 12 Noyabr 2026
102
19:09 / 12 Noyabr 2026
81
19:03 / 12 Noyabr 2026
84
18:58 / 12 Noyabr 2026
92
18:50 / 12 Noyabr 2026
92
18:42 / 12 Noyabr 2026
943
18:40 / 12 Noyabr 2026
85
18:32 / 12 Noyabr 2026
348
18:28 / 12 Noyabr 2026
83
18:26 / 12 Noyabr 2026
101
18:16 / 12 Noyabr 2026
110
18:15 / 12 Noyabr 2026
102
18:07 / 12 Noyabr 2026
108
17:53 / 12 Noyabr 2026
102
17:19 / 12 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.