Maaşlarla bağlı AÇIQLAMA
12 Noyabr 2026, 20:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1609
12.04.2021, 20:01
Asqırma, burunda qıcıqlanma, bədəndə qaşınma, gözlərdə sulanma ilə özünü göstərən yaz allergiyasında tez-tez rast gəlinən burun qaşınması və sulanan gözlər koronavirusa yoluxma riskini artırır.
Oxu24.com xəbər verir ki, gigiyena qaydalarına riayət etmədən əlləri ilə gözlərinə toxunan və burunlarını silmək üçün maskanı çıxaranlar virusa yoluxma riski ilə üzləşirlər.
Allergiya və ağciyər xəstəlikləri üzrə mütəxəssis, professor Sami Öztürk yaz allergiyası zamanı koronavirusa yoluxma ehtimalı ilə bağlı bir neçə mühüm məlumatları qeyd edib.
S.Öztürk bahar allergiyası olan insanların virusa yoluxma riskinin daha yüksək olduğuna diqqət çəkib:
"Bunun səbəbi bədəndə qaşınma, burun tutulması, göz sulanması və qaşınması, gözlərə əl ilə toxunma, maskanı tez-tez çıxarmaq və bu şəkildə gözlərə, buruna təmas etmək kimi faktorlardır. Bütün bunlar koronavirusa yoluxma təhlükəsini artırır".
Maska gün ərzində tez-tez dəyişdirilməlidir
Professor allergiyanın səbəb olduğu burunda qaşınma və göz sulanması, qıcıqlanma zamanı edilməsi lazım olan bir neçə tövsiyəni də qeyd edib: "Havada qıcıqlandırıcı tozcuqların çox olduğu səhər saatlarında və küləkli vaxtlarda çölə çıxmamalıyıq. Mütləq bayıra maska ilə çıxmalı və günəş eynəyi taxmalıyıq. Bu tədbirləri görsək, allergik soyuqdəymə, göz qıcıqlanması və sulanması şikayətlərimiz azalacaq. Allergiyanın buruna və gözlərə qaşınma və sulanma ilə təsir göstərdiyi vaxtlarda əllərimizlə burun və gözlərimizə təmas etməməliyik. Mümkünsə əllərimizi yuyub dezinfeksiya edərək burun və göz nahiyələrimizə toxunmalıyıq. Bu cür insanlar üçün gün ərzində maskalarını tez-tez dəyişmək faydalıdır. Hər 3-4 saatdan bir maskanın dəyişdirilməsi tövsiyə edilir".
20:26 / 12 Noyabr 2026
11
20:14 / 12 Noyabr 2026
36
20:08 / 12 Noyabr 2026
51
20:05 / 12 Noyabr 2026
61
19:59 / 12 Noyabr 2026
46
19:49 / 12 Noyabr 2026
69
19:36 / 12 Noyabr 2026
82
19:31 / 12 Noyabr 2026
82
19:19 / 12 Noyabr 2026
94
19:15 / 12 Noyabr 2026
108
19:09 / 12 Noyabr 2026
85
19:03 / 12 Noyabr 2026
88
18:58 / 12 Noyabr 2026
94
18:50 / 12 Noyabr 2026
96
18:42 / 12 Noyabr 2026
1019
18:40 / 12 Noyabr 2026
86
18:32 / 12 Noyabr 2026
356
18:28 / 12 Noyabr 2026
85
18:26 / 12 Noyabr 2026
102
18:16 / 12 Noyabr 2026
115
18:15 / 12 Noyabr 2026
104
18:07 / 12 Noyabr 2026
110
17:53 / 12 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.