Maaşlarla bağlı AÇIQLAMA
12 Noyabr 2026, 20:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4282
12.04.2021, 01:08
"Ümumiyyətlə pandemiyada çalışırdım ki, heç yerə getməyim. Bacımın qızının doğum günündə idim. Çox adam yox idi, iki rəfiqəsi və bir də özümüz. Rəfiqələrindən biri özü də bilmədən koronovirus imiş. Daha sonra həmin rəfiqəsi bacımın qızına xəbər verib ki, test verin, biz hamımız koronovirusa yoluxmuşuq. Hamımız test verdik, mənimlə bacımın qızında testin nəticəsi pozitiv çıxdı. Çünki bizim immunitetimiz zəif idi. Bacımla mənim qızımda koronovirus xəstəliyi aşkarlanmayıb"
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nahidə Orucova bildirib. Bir neçə gün əvvəl səhhəti ağırlaşan aktrisa hal-hazırda xəstəxanada həkim nəzarətində müalicə aldığını bildirib.
"Fikirləşirdim ki, ev şəraitində özüm müalicə alaram, amma bu mənə çətin gəldi. Çünki tək qalıram, get-gedə də xəstəlik şiddətlənirdi, nəfəsalmamda ciddi problemlər yaranırdı. Nə yaxşı ki, məni xəstəxanaya yerləşdirdilər. Evdə təkbaşına kim baxacaqdı mənə? İlk günlərdə səhhətim yaxşı deyildi, ağırlaşmışdı. Xəstəxanaya gəldiyim ilk günlərdə xüsusi aparatla nəfəs alırdım, quru öskürəyim var idi. İndi şükür ki, buna çox ehtiyyac olmur. Artıq öskürəyim də yumşalıb, səhhətimdə irəliləyiş var. Həqiqətən də çox dəhşətli xəstəlikdir. Heç kim özünə arxayın olmasın ki, mən yoluxa bilmərəm. Xeyr, bu xəstəliklə zarafat etmək olmaz, özünü qorumayan, maska taxmayan hamı yoluxa bilər. Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyinə və bütün tibbi personajına, həkimlərimə xüsusi təşəkkür edirəm. Onlar burada bütün xəstələrin qayğısını çəkirlər" deyə aktrisa bildirib.
20:26 / 12 Noyabr 2026
31
20:14 / 12 Noyabr 2026
43
20:08 / 12 Noyabr 2026
53
20:05 / 12 Noyabr 2026
63
19:59 / 12 Noyabr 2026
49
19:49 / 12 Noyabr 2026
71
19:36 / 12 Noyabr 2026
82
19:31 / 12 Noyabr 2026
84
19:19 / 12 Noyabr 2026
94
19:15 / 12 Noyabr 2026
110
19:09 / 12 Noyabr 2026
85
19:03 / 12 Noyabr 2026
89
18:58 / 12 Noyabr 2026
95
18:50 / 12 Noyabr 2026
96
18:42 / 12 Noyabr 2026
1053
18:40 / 12 Noyabr 2026
87
18:32 / 12 Noyabr 2026
362
18:28 / 12 Noyabr 2026
85
18:26 / 12 Noyabr 2026
103
18:16 / 12 Noyabr 2026
117
18:15 / 12 Noyabr 2026
105
18:07 / 12 Noyabr 2026
110
17:53 / 12 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.