Maaşlarla bağlı AÇIQLAMA
12 Noyabr 2026, 20:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2935
10.04.2021, 20:03
"Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr olacaq. Canlı yayım vasitəsilə, sosial şəbəkələr üzərindən insanlar bu ayinləri icra edə biləcəklər”.
Oxu24.com xəbər verir ki, bunu "REAL İntervyu” verilişində çıxışı zamanı Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə, Qədr gecəsinin dini ayinləri də canlı yayımlanacaq:
"Pandemiya dövründə məscidlərdə ayibləri icra etmək mümkün deyil. Ancaq müvafiq maarifləndirmə işləri aparılacaq”.
Ş.Həsənli bildirib ki, pandemiyadan xilas olmağın yolu epidemioloji tələblərə riayət etmək və vaksinasiyadır:
"Ramazanda oruc tutmaq vacibdir, ancaq kütləvi iftar mərasimlərində iştirak etmək vacib deyil”.
QMİ rəsmisi Ramazan ayında oruclu insanların vaksinasiyasının batil olub-olmamasına aydınlıq gətirib:
"Oruc halında vaksin vurulması insanın səhhətinə ziyan vurmur. Bu barədə həkimlə məsləhətləşmişəm. Mən də vaksin olunmuşam. Birinci doz vurulanda oruclu idim. Həkimlər dedi ki, bununla bağlı heç bir problem yoxdur.
Eyni zamanda, peyvəndləmə orucu da pozmur. İnsan oruc halında iynələrdən, vaksinlərdən istifadə edə bilər”.
Məscidlər bağlı olduğu üçün Ramzanda fitrə-zəkatın necə verilməsi barədə suala aydınlıq gətirən Ş.Həsənli bildirib ki, insanlar yaxın ətrafda olan yoxsul insanlara kömək edə bilərlər:
"Bunun məscidlərə ödənməsi vacib deyil. Sadəcə, məscidlərdə müəyyən icmalar vəsaiti toplayıb, siyahı üzrə yoxsul insanlara çatdırırdılar. Hər bir insan öz fitrə-zəkatını özü də ödəyə bilər”.
20:42 / 12 Noyabr 2026
40
20:26 / 12 Noyabr 2026
62
20:14 / 12 Noyabr 2026
63
20:08 / 12 Noyabr 2026
67
20:05 / 12 Noyabr 2026
71
19:59 / 12 Noyabr 2026
57
19:49 / 12 Noyabr 2026
82
19:36 / 12 Noyabr 2026
92
19:31 / 12 Noyabr 2026
90
19:19 / 12 Noyabr 2026
104
19:15 / 12 Noyabr 2026
122
19:09 / 12 Noyabr 2026
91
19:03 / 12 Noyabr 2026
96
18:58 / 12 Noyabr 2026
102
18:50 / 12 Noyabr 2026
103
18:42 / 12 Noyabr 2026
1219
18:40 / 12 Noyabr 2026
96
18:32 / 12 Noyabr 2026
394
18:28 / 12 Noyabr 2026
93
18:26 / 12 Noyabr 2026
114
18:16 / 12 Noyabr 2026
125
18:15 / 12 Noyabr 2026
114
18:07 / 12 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.