Qaynar xətt:

(+99450) 247 90 86

Qazaxda bir ailənin 4 üzvü qidadan zəhərlənib

Qazaxda bir ailənin 4 üzvü qidadan zəhərlənib

CƏMİYYƏT

4147

09.04.2021, 20:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qazax rayonunda 4 nəfər qidadan zəhərlənib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

Belə ki, bir ailənin 4 üzvü - 1958-ci il təvəllüdlü Məqsanə Mustafayeva, 1986-cı il təvəllüdlü Bahar Mustafayeva, 2009-cu il təvəllüdlü Rəfiqə İlyasova və onun bacısı 2011-ci il təvəllüdlü Cəmilə İlyasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlar pomidordan zəhərləndiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.