Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52058
az

Azərbaycanda SƏRT KARANTİN - Vəziyyət pisləşir və...

11:4604 Aprel, 2021
12773
CƏMİYYƏT
  • A
"Karantin qaydalarının sərtləşdirilməsi epidemioloji vəziyyətə görə qəbul edilir. İndi vəziyyət pisləşməyə doğru gedir və yoluxma potensialı artır". Sfera.az-ın məlumatına görə, bu sözləri açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, insanların təmaslarının mümkün qədər qarşısı alınmalıdır: "İctimai nəqliyyatda sıxlığın, restoran və şadlıq evlərində müəyyən tədbirlərin keçirildiyi, insanların təmasları ayrı-ayrı yerlərdə kifayət qədər mövcud olduğu halda karantin qaydalarının birtərəfli sərtləşdirilməsi fayda vermir. Hesab edirəm ki, karantin göstərişlərini (maska taxmaq, əlləri dezinfeksiya etmək və məsafə saxlamaq) gözləməklə vəziyyəti stabil saxlamalıyıq. Amma yoluxma sayı artarsa, sərt karantin olacaq. Çünki biz ikinci dalğa zamanı da gördük ki, xəstəxanada yer tapılmır, ölənlərin sayı çox olur, ambulator xidmət üçün dərman ajiotajı yaşanır. Fikrimcə, nə qədər ki vəziyyət pisləşməyib, müəyyən qaydalar qəbul olunmalıdır. Amma qaydalar elə qəbul olunmalıdır ki, hər tərəfi əhatə etsin. Sosial həyatın bir tərəfində sərt karantin olduğu halda, digər tərəfində müəyyən təmaslar üçün imkanlar olmamalıdır. Belə olan halda karantinin faydası olmayacaq. Biz eşidirik ki, toylar da keçirilir, restoranlar da dolur, kifayət qədər oynayanlar da var. Əgər karantin elan olunursa, buna ciddi əməl edilməlidir. Yoluxma sayı yüksək rəqəmlərlə ölçülsə, mütləq sərt tədbirlərə gedilməlidir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda it dişləyən azyaşlı qızın son VƏZİYYƏTİ
Vilayət Eyvazov sıra baxışı keçirdi - 25 müharibə iştirakçısı polisə qəbul olundu (VİDEO)
Bakıda 21 yaşlı qız itkin düşdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu