Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50616
az

Azərbaycan normal həyata nə vaxt qayıdacaq?- AÇIQLAMA

21:5515 Mart, 2021
552
  • A

"Ölkə əhalisinin 70-75 faizində immunitet yaranmalıdır ki, kollektiv immunitetdən söhbət gedə bilsin. Nəzərə alsaq ki, ikinci dalğada xeyli xəstələnən oldu, bu, Azərbaycan əhalisinin 40-50 faiz civarındadır. Hər-halda 25-30 faiz insanın da vaksinasiya olunması vacibdir".

Bunu BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, vaksinasiya prosesi ölkəmizdə nisbətən ləng gedir: "Amma buna rəğmən Azərbaycan Cənubi Qafqazda vaksinasiya olunan ilk ölkədir. Bu, sevindirici haldır. Amma bununla yanaşı prosesi sürətlə aparmaq lazımdır. Əhalinin bütün təbəqələri kifayət qədər vaksinasiya olunmalıdır ki, koronavirusa yoluxmalar az olsun.

Epidemiloji vəziyyət pisləşməkdə davam edir. Təkrar xəstələnmə halları var. Bütün bunlar xeyli narahatçılıq doğurur və belə olarsa karantin qaydaları sərtləşdirilməsi tətbiq oluna bilər. Buna görə, insanların vətəndaş məsuliyyəti nümayiş etdirməsi, qapalı mühitlərdə maksimum qaydalara əməl etməsi, bir-birinə qonaq gedərkən, xüsusi bayram ərəfəsində diqqətli olmalı əsas şərtdir. Xəstə olanlar, qızdırması qalxanlar heç bir halda insanların sıx olduğu məclislərə getməməlidirlər.

Bütün bunlara əməl etmək şərtilə koronavirusa yoluxmaların qarşısını almalıyıq. Eyni zamanda ictimai nəqliyyatda mütləq qayda-qanun yaradlmalıdır".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bu günə qədər ölkəmizdə peyvəndləmə prosesində 453 586 vətəndaş iştirak edib. Rusiyanın RBK kanalı isə MDB ölkələrində əhalinin payına düşən vaksin olunanlarının sayı üzrə cədvəl hazırlayıb.

Cədvəldə həmçinin hansı peyvəndlərin istifadə olunduğu və ölkə tərəfindən istifadə üçün təsdiqləndiyi də öz əksini tapır.

Məlumatlara görə, Azərbaycan 12 MDB ölkəsi arasında əhalinin payına düşən 3,3% vaksin olunanların göstəricisi ilə birinci yerdə qərarlaşıb. Rusiya 3.2% göstərici ilə ikinci yerdədir. Bu iki ölkə digərlərindən əhəmiyyətli dərəcədə irəlidədir. Beləliklə, Belarus 0,2% göstəricisi ilə cədvəldə üçüncü yerdə qərarlaşıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Binəqədidə qumbara və tüfəng aşkarlandı
Bu istiqamət üzrə yeni avtobuslar istifadəyə verilib
Kapital Bank-ın dəstəyi ilə “İxracın maliyyələşdirilməsi” mövzusunda təlim keçirilib

Alimlər Avropanın mərkəzində kütləvi at sümükləri olan yer tapıblar

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Azərbaycanda titullu idmançı həbs edilib