Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49364
az

Sürücülərin nəzərinə: Sabah bu yollar bağlanacaq

19:4425 Fevral, 2021
1313
CƏMİYYƏT
  • A

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Bakının bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Xətai rayonundakı “Ana harayı” abidəsi önündə keçiriləcək anım tədbirində iştirak edəcək vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Xocalı prospekti ilə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bundan əlavə paralel olaraq Xocalı prospekti ilə kəsişən prospektə bitişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Vaqif Əsədov əlavə edib ki, sahah “Ana harayı” abidəsi istiqamətinə doğru Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Nobel prospekti və 10-cu Zavod dairəsindən, eləcə də Xocalı prospekti ilə kəsişən bütün küçələrdə hərəkət edən avtomobillərin istiqaməti dəyişdiriləcək.

Sözügedən istiqamətlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sabah səhər saat 08:00-dan ziyarət başa çatanadək davam edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi