Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49310
az

SON DƏQİQƏ! Məşhur erməni general işdən qovuldu -FOTO

09:3725 Fevral, 2021
2490
  • A

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın təklifi ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanı vəzifəsindən kənarlaşdırıb. 

Oxu24.com  xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin saytında məlumat yayılıb. 

Qeyd edək ki, bundan əvvəl N.Paşinyan “1in.am” saytına verdiyi müsahibəsində ötən payızda Dağlıq Qarabağda gedən müharibə zamanı Azərbaycana qarşı “İskəndər” taktiki raket komplekslərindən istifadə edilməsi və onun “partlamaması” və ya “10% partlaması” barədə açıqlama vermişdi.

Paşinyan bununla keçmiş prezident Serj Sarqsyanın “hələ döyüş əməliyyatlarının başlanğıcında erməni hərbçilərinin “İskəndər”dən istifadə etməli olduğuna” dair ittihamına cavab vermişdi.

Erməni mətbuatında yer alan məlumata görə, T.Xaçatryanın “İskəndər” taktiki raket kompleksləri ilə bağlı hökumət başçısının şərhini ələ saldığı bildirilir.

“yerevan.today” onlayn-resursu öz yazısında bildirib ki, T.Xaçatryan, Paşinyanın da dediyi kimi, “İskəndər” raketinin doğrudanmı 10% partlaması ilə bağlı suala istehza ilə cavab verib:

“Əlbəttə mümkün deyil... Necə?... “İskəndər”?... Bir atəş?... 10%?... Bağışlayın, amma bu qeyri-ciddidir”.

Buna münasibətində Ermənistanın Müdafiə Nazirliyi öz açıqlamasında Baş Qərargah rəisinin birinci müavininin sözlərinin jurnalist tərəfindən təhrif olunduğunu və mətnin oxucuya tam təqdim edilmədiyini, bilərəkdən yanlış təəssürat yaratmaq məqsədi daşıdığını qeyd edib. Nazirliyin sözlərinə görə, bunu informasiya təxribatı kimi qiymətləndirmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədəndə bu maddənin çatışmazlığı ömrü qısaldır - ARAŞDIRMA
Timoşenko axtarışa verildi
Maqnit qasırğası başladı

Suya atılmış qozun inanılmaz faydaları

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!
Uşaq-Gənclər İnkişaf Mərkəzində qanunsuzluq aşkarlandı, cinayət işi başlandı