Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49254
az

Hamilələrə ŞAD XƏBƏR

18:4924 Fevral, 2021
1226
CƏMİYYƏT
  • A

Koronavirusa yoluxan anadan bətnindəki körpəsinə plasenta yolu ilə infeksiyaya qarşı antitellər keçir.

Oxu24.com publika.az-a istinadən xəbər verir ki, bu, ABŞ-ın Veill Kornell Tibb Elmləri İnstitutunun mütəxəssisləri tərəfindən aparılan araşdırma nəticəsində bəlli olub.

Hamilələrdən götürülən COVID-19 testinin cavabında körpələrdə aktiv koronavirus hissəciklərinin tapılmadığı, antitellərin anadan uşağa keçdiyi üzə çıxıb.

Araşdırma COVID-19 xəstələrinin müalicələrinin aparıldığı xəstəxanaların birində doğuş edən 88 qadına aid qan nümunələri əsasında aparılıb. Körpələrin 78 faizinin göbək bağında antitellər aşkarlanıb.

Araşdırmaya qatılan qadınlarda daha əvvəl infeksiyaya yoluxduqlarını göstərən antitellər tapılıb və onların 58 faizinin xəstəliyi simptomsuz keçirdiyi məlum olub.

Araşdırmanın detalları "Amerika Qadın Xəstəlikləri və Doğum" ("American Journal of Obstetrics and Gynecology") dərgisində yayımlanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi