İmam Baqir (ə) buyurur: "Möminlərdən hər kimdə bu dörd sifət olarsa, Allah ona behiştin ən ali dərəcəsində və İlahi qürbün mərkəzində yer verər ki, həqiqi şərəf elə oradadır:
1. "Pənahsız olan yetimə pənah verin və onunla bir ata kimi rəftar edin". Zəif və pənahı olmayan birinə pənah vermək - həqiqətən də insanı şərəfli edən əməllərdəndir. Hər kim bu əməli yerinə yetirərsə, həm insanların və həm də Allahın rəğbətini qazanar.
2. "O kəs ki, zəif insana rəhm edər və ona yardım edər və ona kifayət edər". Cəmiyyətin ən böyük bəlası budur ki, ta qədim zamandan indiyə qədər zəifləri əzmişdir. İndi də bu hal davam etməkdədir. Zəiflər həmişə qüdrət sahibləri tərəfindən tapdalanmışdılar. Hər kim bu cür zəiflərə yardım etsə və onlara rəhm etsə, Allah behiştin qapılarını onun üzünə açacaqdır.
3. "Ata və ananızı qəmgin etməyin". Hər bir insanın həyatında valideynlərin yeri başqadır. İnsan gərək sağ olan zaman ata və anasının qədrini bilsin. Onlara yardım etsin. Onlarla mehriban rəftar etsin və onları qəmgin etməsin. Behiştə daxil olmağın üçüncü yolu - məhz ata və ananı razı salmaq və onları qəmgin etməməkdir.
4. "Çətinliyə salmaz öz qulunu və məmlukunu". İndi qul olmadığı üçün, bu müddəa xidmətçilərə aid oluna bilər. Əgər insan öz xidmətçilərinə qarşı diqqətcil olsa və onlarla mehriban olsa, Allah bu cür insana rəhmət nəzəri salar. Behiştin qapılarını onun üzünə açar.
Allah Təala bizlərə bu nəcib xüsusiyyətləri nəsib etsin!
Oxu24.com
ŞƏRHLƏR