Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43691
az

Komendant saatı ləğv ediləndən sonra \"SMS icazə\" sistemi tətbiq olunacaq?

12:4208 Dekabr, 2020
272
  • A

Xəbər verdiyimiz kimi Azərbaycanda dekabrın 12-si 00:00-dən komendant saatı ləğv edilir. Bir çoxları gündəlik koronavirusa yoluxanların və ölənlərin sayı kəskin artdığı üçün dekabrın 13-dən Azərbaycanda yenidən "SMS icazə" sisteminin tədbiq ediləcəyini qeyd edirlər. Bəs dekabrın 13-dən Azərbaycanda yenidən "SMS icazə" sistemi tədbiq edilə bilərmi?

Oxu24.com  xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, yoluxmaların sayında günbəgün artım müşahidə olunur:

"Gündəlik yoluxma 4000, bəzən də 4000-dən çox olur. Eyni zamanda vəfat edən insanlar da az deyil. Müəyyən tədbirlər görülməkdədir. Amma yenə də biz azalmanı görmürük. Ona görə də yenidən sərtləşmələrlə bağlı təkliflər var. Həmin təkliflərdən biri də "SMS icazə" sisteminin yenidən tətbiqinə keçməkdir.

Əvvəlki dövrlərdə yoluxma çox olan zaman "SMS icazə" sisteminə keçid müəyyən qədər effekt verdi. Təmasların azalması ilə yoluxan və ölənlərinin sayı azaldı. Vəziyyət getdikcə çətinləşdiyi üçün Operativ Qərargahın təhlilindən sonra bu sistemə yenidən qayıdılacaq.

Bu sahənin mütəxəssisləri də vəziyyət kəskinləşdiyi üçün "SMS icazə" sisteminin vacibliyini qeyd edir. Təəssüf ki, bəzi vətəndaşlarımız qaydalara əməl etmir. Hətta yoluxan insanların küçədə gəzdiklərinin şahidi oluruq. İnsanların bir-biri ilə əlaqəsinin qarşısını almaq üçün "SMS icazə"nin tədbiqi ilə bağlı qərar qəbul edilə bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın bu ölkələrlə quru sərhədləri AÇILIR - TARİX BİLİNDİ
Qurumdan etiraf:
3909 müəllim keçid balını toplaya bilmədi

Elektron dəri istehsal edildi: Toxunma hissi var

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Qazi döyüldü: İki nəfər saxlanıldı