Generalın qızı başqa bir generalı məhkəməyə verdi
15 Noyabr 2026, 13:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2479
01.12.2020, 13:29
Bakının həddindən çox yüklənməsi ictimai nəqliyyatda müəyyən sıxlıaqların yaranmasına səbəb olur. Zaman-zaman bəzi dövlət orqanların, universitetlərin şəhərdən kənara köçürülməsi müzakirə olunmaqdadır. Bu gün isə bəzi dövlət və təhsil müəssisələrinin Şuşaya, Kəlbəcərə və digər işğaldan azad olunan rayonlarımıza köçürülməsi təklif olunur.
Oxu24.com konkret.az- a istinadən xəbər verir ki , bununla bağlı açıqlama verən deputat Nəsib Məhəməliyev bildirib ki, Bakının həddindən artıq yüklənməsinin səbəbi təkcə universitetlərin burada yerləşməsi ilə bağlı məsələ deyil:
“Başqa obyektiv səbəblər də var. Məsələn, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində Ermənistandan qovulmuş soydaşlarımızın və Dağlıq Qarabağın işğalı nəticəsində məcburi köçkünlərimizin tam əksəriyyətinin Bakıda məskunlaşması urbanizasiya, müasir dünyanın problemlərindən biridir.
İqtisadi fəallığın əsasən mərkəzdə cəmlənməsi nəticəsində ölkənin bütün regionlarından iş dalınca gələnlər, buraya şəhərin müxtəlif ərazilərində müəyyən proporsiyaları gözləmədən aparılmış tikintiləri və nəqliyyatla bağlı problemləri də əlavə etmək olar”.
Deputat qeyd edib ki, bəzi dövlət qurumlarının, ali məktəblərin Şuşa şəhərinə köçürülməsi məsələsinə hökumət qərar verə bilər.
“Bu məsələlər ətraflı öyrənilməli, mütəxəssislərin iştirakı ilə texniki-iqtisadi cəhətdən əsaslandırılmalıdır.
İlk növbədə inkişaf perspektivləri, yerli şərait, tarixi ənənələr nəzərə alınmalıdır. Hesab edirəm ki, mədəniyyət, incəsənət, turizm, idmanla bağlı ali məktəblərin Şuşaya köçürülməsi məqsədəuyğundur. Regionda yerləşən Kəlbəcər, Daşkəsən, Zəngilan qızıl, mis, filiz və digər təbii yataqların işlənməsini nəzərə alsaq, profil üzrə fakültələrin də köçürülməsi effektiv olardı. Nəzəri biliklərlə bərabər, həmin müəssisələrdə praktik təcrübə yüksək səviyyəli mütəxəssislərin yetişməsini şərtləndirir. Ümumiyyətlə, Şuşa şəhəri gələcəkdə Azərbaycanın mədəniyyət paytaxtı səviyyəsinə qaldırılmalı və bütün dünyaya bədnam ermənilərlə fərqimizi göstərməliyik”.
13:27 / 15 Noyabr 2026
13
12:55 / 15 Noyabr 2026
577
12:36 / 15 Noyabr 2026
212
12:28 / 15 Noyabr 2026
95
12:11 / 15 Noyabr 2026
99
11:52 / 15 Noyabr 2026
147
11:43 / 15 Noyabr 2026
92
11:29 / 15 Noyabr 2026
110
11:20 / 15 Noyabr 2026
101
11:20 / 15 Noyabr 2026
107
11:10 / 15 Noyabr 2026
103
11:07 / 15 Noyabr 2026
609
10:50 / 15 Noyabr 2026
110
10:25 / 15 Noyabr 2026
263
10:21 / 15 Noyabr 2026
109
10:18 / 15 Noyabr 2026
103
10:12 / 15 Noyabr 2026
135
09:35 / 15 Noyabr 2026
512
07:35 / 15 Noyabr 2026
218
05:50 / 15 Noyabr 2026
154
01:35 / 15 Noyabr 2026
167
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.