Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4187
az

"OBA" marketdəki bıçaqlanmanın təfərrüatı: İşdən çıxarılma tələbi

16:1302 Avqust, 2018
2226
CƏMİYYƏT
  • A
 Xəbər verdiyimiz kimi, Bərdə rayonunda yerləşən OBA marketlər şəbəkəsinin filialında bıçaqlanma hadisəsi baş verib.

Oxu24.com-un  məlumatına görə, hadisə Bərdə şəhər Ticarət Mərkəzində fəaliyyət göstərən “Bərdə OBA market-7” mağazasında baş verib.

OBA marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev məsələyə rəsmi münasibət bildirib:

“Hadisə zamanı mağaza adminstratoru 4 bıçaq zərbəsi alıb. Zərərçəkən əməkdaşımız dərhal xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermə səbəbi hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Hadisəni törədən Məmmədov Rahim bir gün öncədən OBA marketlər şəbəkəsinin Bərdə filialına müraciət edərək, marketdə çalışan Yeganə Məmmədovanın işdən çıxarılmasını tələb edib. Bununla bağlı mağaza administratoru şirkət təlimatlarına uyğun şəkildə Rahim Məmmədova bu məsələlərin qanunvericiliklə tənzimləndiyini, işdən çıxarılmaq üçün heç bir əsas olmadığını izzah edib. Eyni zamanda Yeganə Məmmədova Rahim Məmmədovun marketdən çıxmasını, işində ona problem yaratmamasını tələb edib. Rahim Məmmədov bir gün ərzində tələbi yerinə yetirilməyəcəyi təqdirdə problem yaranacağı ilə bağlı təhdid edib. Növbəti gün mağazaya gələn R.Məmmədov mağaza administratorunu təhqir edərək ona hücum çəkib.

Qeyd edək ki, şirkətimizə işə qəbul Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aparılır. İşdən azad edilmə qanunvericiliyin tələblərinə əsasən həyata keçirilir. Rahim Məmmədov OBA marketdə çalışan Yeganə Məmmədovanın uzaq qohumudur. OBA Marketlər Şəbəkəsi baş vermiş hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir. Hadisə nəticəsində xəsarət alan əməkdaşımız Ülfət Həsənova şəfa diləyirik”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
80 yaşlı atanın 32 illik oğul nisgili - VİDEO
Xərçənglə mübarizədə zəncirotu faydalıdırmı? - VİDEO

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Aytənin düşdüyü qəzadan dəhşətli VİDEO YAYILDI: Ölən şəxs görün kimdir
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanılıb