Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39023
az

Qurban Məmmədov həbs xəbərini özü yayıbmış

19:3817 Sentyabr, 2020
360
  • A

"Yayılan informasiyalara görə, Azərbaycan xalqından üzr istəyirəm. Türkiyə dövlətindən, xalqından da üzr istəyirəm. Çünki sosial şəbəkələrdə Türkiyənin əleyhinə həm hakimiyyətin daxilində, həm də hakimiyyətdən kənarda olan qüvvələr təbliğat apardılar. Bu, çox təəssüfləndirici haldır”.

Qaynarinfo xəbər verir ki, bu sözləri "Musavat TV”nin canlı efirində Türkiyədə həbs edilməsi barədə xəbərlər yayılan Qurban Məmmədov deyib.
 

Q.Məmmədov bu məlumatı məqsədli şəkildə yaydığını da etiraf edib: "Mən bu müddət ərzində Türkiyədə olmamışam. Azərbaycan hökuməti mənim barəmdə cinayət işi açıb və axtarışa verib. Mən də öz təhlükəsizliyimi daha da artırmalıyam. Mənim başqa bir yerdə müəyyən yoldaşlarla görüşüm var idi. Ona görə də diqqət yayındırmaq üçün bu aksiya planlaşdırıldı”. 

Məmmədov əlavə edib ki, "İnterpol” onu axtardığı halda başqa ölkəyə gedəsi deyil: "Hər kəs bilməlidir ki, Türkiyə hüquqi dövlətdir, qanunların şah olduğu müqəddəs bir məmləkətdir”.

Qeyd edək ki, Qurban Məmmədovun Türkiyədə saxlanılması xəbərini oğlu Qoşqar Məmmədov sosial şəbəkə vasitəsilə yayıb. Bir qədər sonra isə Qoşqar Məmmədov təkrar status yazaraq, öz xəbərini təkzib edib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Limon suyunun möcüzəvi faydaları
Goranboyda ər-arvad dəm qazından öldü
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı