Dünyanın ən tanınmış media orqanlarından olan "Əl-Cəzirə"də çalışan Aysəba Umutlu Yaxın Şərq ölkərlərinin liderlərini birləşdirən "Yaxın Şərq Liderlik Akademiyası"nın (MELA) 2020-2022-ci illər üçün Qətər üzrə prezidenti seçilib.
Aysəba Umutlu bildirib ki, təşkilatda yeganə ərəb olmayan prezident odur:
"Bu, həm mənim üçün, həm də ölkəmiz üçün böyük uğurdur. Çünki təşkilatda yeganə ərəb olmayan prezident mən olacağam. Mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Aysəba tanınmış jurnalist Umud Mirzəyevin qızıdır.
Oxu24.com
ŞƏRHLƏR