Qaraciyəriniz bu qidalara möhtacdır – Mütəxəssislər siyahını açıqladı
17 Noyabr 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
564
02.08.2020, 18:59
“Koronavirus ən yaxşı halda ilin sonuna qədər bizimlə olacaq”.
Yenisabah.az xəbər verir ki, bunu infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
İnfeksionist virusa yoluxan insanların sayındakı azalmanı əsas gətirərək, sərt karantin rejiminin uzadılmayacağını bildirib: “Yoluxan insanların sayı azalır, sağalanların sayı isə artmaqdadır. Yəni sağalan xəstələrin sayı yoluxanları dəfələrlə üstələyir. Ona görə bu infeksiya idarəolunan prosesə keçir. Bu baxımdan da yumşalmaya rahatlıqla getmək olar. Çünki bizim səhiyyə sistemimizin buna tam potensialı var. Həmçinin insanların təmiz hava qəbul etməsi, çölə çıxması labüd haldır. Günəş şüalarının yüksək olduğu vaxtın bitməsinə 1 ay qalır. Sentyabrdan etibarən günəş şüalarının intensivliyi azalır. Avqust ayından etibarən isə yaxşı olar ki, insanlar evdə oturmasınlar”.
M.Əliyev yumşalma baş verəcəyi təqdirdə izolyasiya tədbirlərini icra etməyin əhəmiyyətini belə izah edib: “Bu xəstəlik ilk növbədə hava-damcı infeksiyasıdır və tənəffüs sistemi vasitəsilə insanı yoluxdurur. Bu baxımdan qoruyucu maska istifadəsi zəruri olmalıdır. Bundan əlavə, sosial məsafə və əllərin dezinfeksiyası da mütləqdir”.
O, immunitetin yüksəlməsi üçün vətəndaşlara bəzi tövsiyələr verib: “İmmunitetin yülksəlməsi üçün təbii qidalanma mühüm rol oynayır. Evlərə günəş şüalarının düşməsini təmin etmək lazımdır. Otaqları müəyyən fasilələrlə havalandırmaq faydalıdır. Əlavə olaraq bol maye qəbul etməyi səngitməməliyik. Ancaq bunu da qeyd edim ki, immuniteti yüksəldən dərman preparatlarına risk olmadığı müddətcə ehtiyac yoxdur”.
Son olaraq infeksionist koronavirus vaksininin ilin sonuna qədər hazır ola biləcəyini deyib: “Dünya üzrə nəzər yetirdikdə koronavirusa qarşı vaksin üzərində 200-dən çox ölkə çalışır. Amma 3 şirkət var ki, onlar artıq üçüncü mərhələdədir. Bunlar Amerika, İngiltərə və Çindir. Üçüncü mərhələnin mahiyyəti bundan ibarətdir ki, könüllü insanlar üzərində sınaqlar keçirilir. Təxminən bu təcrübələr də 5-6 ay çəkə bilər. Zənnimcə, vaksin ən yaxşı halda ilin sonu, ən gec isə gələn ilə qədər hazırlana bilər”.
00:49 / 17 Noyabr 2026
153
00:34 / 17 Noyabr 2026
327
00:17 / 17 Noyabr 2026
149
23:58 / 16 Noyabr 2026
156
23:50 / 16 Noyabr 2026
185
23:37 / 16 Noyabr 2026
176
23:33 / 16 Noyabr 2026
146
23:25 / 16 Noyabr 2026
142
23:07 / 16 Noyabr 2026
141
22:57 / 16 Noyabr 2026
147
22:47 / 16 Noyabr 2026
166
22:30 / 16 Noyabr 2026
146
22:25 / 16 Noyabr 2026
203
22:21 / 16 Noyabr 2026
297
22:10 / 16 Noyabr 2026
181
21:59 / 16 Noyabr 2026
146
21:52 / 16 Noyabr 2026
182
21:46 / 16 Noyabr 2026
144
21:35 / 16 Noyabr 2026
167
21:30 / 16 Noyabr 2026
2669
21:24 / 16 Noyabr 2026
151
21:16 / 16 Noyabr 2026
170
21:01 / 16 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.