Avtomobil sığortası ilə bağlı yeni qaydalar tətbiq edilir - VİDEO
16 May 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
577
23.07.2020, 19:59
Az öncə Belçikada Azərbaycanlı gəncin ermənilər tərəfindən döyülmə səhnəsini izlədim. Eyni zamanda bildirməliyəm ki, dünən aksiya zamanı ermənilər həmvətənlilərimizə qarşı təxribat törədiblər, REAL-ın Avropa bürosunun müxbiri Xatirə Sərdarqızının başına daşla xəsarət yetiriblər.
Radikal erməni qüvvələrinin bu vandalizmi nə Azərbaycan, nə də erməni terrorçuluğu ilə üzləşən digər ölkələr üçün əslində yenilik deyil. Terrorizm və nifrət cinayəti Ermənistanın dövlət siyasətidir.
Erməni radikal ünsürlərinin Azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik.
Azərbaycan-Belçika Dostluq Qrupunun rəhbəri kimi Belçika Parlamentindəki həmkarım Tim Vandenput, Belçikanın ölkəmizdəki səfiri Bert Shoofs, ölkəmizim Belçikadakı səfiri Fuad İskəndərov və REAL-ın müxbiri Xatirə Sərdarqızı ilə danışdım.
Hadisənin tam təfərrütanı öyrəndikdən sonra bu barədə Belçikalı həmkarlarıma geniş məlumat verdim. Vəziyyəti nəzarətlərində saxlamaqlarını xahiş etdim. Hazırda Belçikanın hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar gedir.
Axşam saatlarında Belçikalı həmkarım deputat Tim Vandenputla yenidən əlaqə saxlayacıq. Araşdırmaların gedişatı və nəticəsi barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılacaq.
Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Soydaşlarımıza bütün müvafiq yardımın göstərilməsi, o cümlədən ehtiyac duyulduğu təqdirdə hüquqi yardımla təmin edilməsinə dair diplomatik nümayəndəliklərimizə müvafiq təlimat verilib.
23:59 / 16 May 2026
41
23:52 / 16 May 2026
59
23:48 / 16 May 2026
79
23:31 / 16 May 2026
134
23:28 / 16 May 2026
141
23:24 / 16 May 2026
66
23:17 / 16 May 2026
115
23:16 / 16 May 2026
69
23:01 / 16 May 2026
208
22:55 / 16 May 2026
55
22:48 / 16 May 2026
181
22:45 / 16 May 2026
51
22:35 / 16 May 2026
247
22:27 / 16 May 2026
542
22:26 / 16 May 2026
70
22:07 / 16 May 2026
82
21:48 / 16 May 2026
68
21:32 / 16 May 2026
79
21:10 / 16 May 2026
164
20:41 / 16 May 2026
97
20:13 / 16 May 2026
96
20:01 / 16 May 2026
77
19:53 / 16 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.