Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36157
az

Azərbaycanda toyların keçiriləcəyi tarix açıqlandı

14:4023 İyul, 2020
912
CƏMİYYƏT
  • A

Koronavirus pandemiyasına görə Azərbaycanda toyların keçirilməsi qadağan olunub. Ölkədə epidemoloji vəziyyət düzəldikdən sonra toyların yenidən keçirilməsinə icazə veriləcəyi bildirilir.

Qeyd edək ki, son həftə yoluxmaların sayı xeyli azalıb. Hətta sağalanların sayı təxminən iki dəfə artıb. Yoluxma dinamikası azalmaqda davam edərsə, toyların günorta saatlarında müəyyən qaydalara əməl etməklə açıq havada keçirilməsinə icazə verilə bilərmi?

Oxu24.com -un  xəbərinə görə, Baş infeksionist Cəlal İsayev bu barədə fikir səsləndirməyin düzgün olmadığını deyib.

“Hazırda 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Avqustun 5-nə xeyli vaxt var. O dövrə kimi hansı dinamikanı müşahidə edəcəyimiz bilinmir. Əgər o dövrə kimi vəziyyət stabilləşərsə, Operativ Qərargah tərəfindən bu barədə qərar qəbul edilə bilər”, – deyə o vurğulayıb.

Cəlal İsayevin fikrincə, toylar açıq havada və günorta saatlarında keçirilsə belə sosial məsafə qoruna bilməyəcək:

“Bu barədə ancaq epidemoloji situasiya stabilləşdikdən sonra qərar veriləcək. İnsanlarımız bir az səbirli olsunlar. Operativ Qərargahın qoyduğu qaydalara tam əməl etməyə çalışsınlar. Biz bu yolla tezliklə normal həyatımıza qayıdıb, toylarımızı da, ad günləri və digər məclislərimizi də rahat şəkildə keçirə bilərik”.Konkret.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah hava necə olacaq?
Nazirliyin sabiq xanım əməkdaşı yüksək vəzifəyə təyin olundu
Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı