Sabah hava belə OLACAQ
17 Noyabr 2026, 12:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
672
22.07.2020, 18:30
“Onun qanı yerdə qalmasın. Məni aparın, ermənidən qanımı, qisasımı alım”.
Bu, qəlbi yaralı, sinəsi dağlı bir ananın fəryadı, yağı düşməndən qisas almaq çağırışıdır. Hər bir şəhid anasının, şəhid valideyninin arzusudur bu.
Əzəl gündən bəxti gətirməmişdi Rəşadın. Uşaq yaşlarından ata nəvazişindən məhrum olan balaca anası Sevda ilə birgə dayısının himayəsinə sığınmışdı. Doğulub boya-başa çatdığı Biləsuvarın Aşağı Cürəli kəndində hər kəs bilirdi bunu.
İlk gündən həyat üzünə gülməsə də, polad kimi daha çox bərkiyirdi Rəşad. Pambıq tarlalarında qan-tər içində işləyən anası aşılamışdı ona Vətən məhəbbətini, torpaq sevgisini.
Altı il bundan öncə əyninə zabit mundiri geyinəndə anası da qürurlanmışdı, dayıları da. Baş leytenant Rəşad Mahmudovun 28 yaşı olsa da, hələ subay idi. Anası, yaxınları tələsdirirdi onu ailə qurması üçün. O isə hələ ev tikdirirdi, dörd il bundan öncə tikintisinə başladığı evi.
Bu il iyulun 12-dən 13-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Ağdam kəndində törədilən təxribatın qarşısını alan zaman gənc zabit Rəşad Mahmudov Şəhidlik zirvəsinə ucaldı. Doğulduğu torpaq öz şəhidini qoynuna aldı. Əbədilik..
12:05 / 17 Noyabr 2026
80
11:58 / 17 Noyabr 2026
38
11:56 / 17 Noyabr 2026
102
11:28 / 17 Noyabr 2026
57
11:00 / 17 Noyabr 2026
81
10:54 / 17 Noyabr 2026
81
10:50 / 17 Noyabr 2026
93
10:45 / 17 Noyabr 2026
86
10:32 / 17 Noyabr 2026
91
10:30 / 17 Noyabr 2026
97
10:22 / 17 Noyabr 2026
90
10:17 / 17 Noyabr 2026
88
10:13 / 17 Noyabr 2026
88
10:00 / 17 Noyabr 2026
95
09:58 / 17 Noyabr 2026
381
09:54 / 17 Noyabr 2026
883
09:45 / 17 Noyabr 2026
82
09:43 / 17 Noyabr 2026
102
09:36 / 17 Noyabr 2026
96
09:33 / 17 Noyabr 2026
415
09:31 / 17 Noyabr 2026
141
09:28 / 17 Noyabr 2026
145
09:25 / 17 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.