Bəzi ərazilərdə işıq olmayacaq
16 May 2026, 20:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
636
21.07.2020, 23:42
İslam dininin şiddətlə tənqid etdiyi əxlaqi sifətlərdən biri də küsməkdir. Xüsusilə də ailə üzvləri ilə, din qardaş və bacıları ilə.
Həzrət Peyğəmbər (s) Əbuzərə tövsiyə verən zaman buyurur: "Hər bazar ertəsi günü və cümə axşamı günü möminlərin əməl dəftərləri Allah Təalaya təqdim olunur. Allah onların hamısına diqqət edir, iki nəfərdən başqa ki, aralarında kin olar. Əmr edər ki, hələlik onların əməl dəftərini kənara qoyun - o zamana qədər ki, bir-biri ilə barışarlar".
Oxu24.com deyerler.org-a istinadən bildirir ki, ona görə də mömin nəinki bacı və qardaşı ilə, hətta mömin bacı və qardaşı ilə də küsməli deyildir. Başqaları onları nəhy əz-munkər etməlidir.
Küsülü olmaq - məzəmmət olunan əməldir. Həzrət Peyğəmbər (s) buyurur: "O iki müsəlman ki, bir-biri ilə küsər və üç gün o halda qalarlar, əgər bir-biri ilə barışmazlarsa - İslam dinindən çıxmış olarlar. Onların arasında din və dostluq rabitəsi olmayacaqdır. Ona görə də hər kim söz danışmaq üçün o birisini qabaqlayar - Qiyamət günü daha tez behiştə gedər". (Beytutə)
Qardaşların bir-birindən küsməsi Uca Allahı qəzəbləndirər. Amma lənətlik şeytanı sevindirər. Ona görə də hər Əhli-Beyt (ə) davamçısı bu əməlin nəticəsi haqqında düşünməli və qardaşlıq rabitələrinə dəyər verməlidir.
Kin və küdurət elə sifətlərdir ki, möminə yaraşmaz və şeytanın davamçılarına aid sifətlərdəndir. Hər kimin qəlbində kin olarsa, Allah onu behiştə daxil etməz. Ona görə də bir-birinizdən küsən zaman çalışın barışmaq üçün siz birinci addımı atasınız. O zaman Allah sizi bağışlayar və aranızda olan məhəbbəti bərpa edər
20:13 / 16 May 2026
16
20:01 / 16 May 2026
29
19:53 / 16 May 2026
51
19:27 / 16 May 2026
60
19:00 / 16 May 2026
72
18:49 / 16 May 2026
69
18:35 / 16 May 2026
78
18:22 / 16 May 2026
197
18:07 / 16 May 2026
72
17:56 / 16 May 2026
195
15:34 / 16 May 2026
81
15:15 / 16 May 2026
358
15:13 / 16 May 2026
99
14:31 / 16 May 2026
82
14:25 / 16 May 2026
85
14:15 / 16 May 2026
89
13:55 / 16 May 2026
104
13:33 / 16 May 2026
94
13:29 / 16 May 2026
348
13:25 / 16 May 2026
91
13:15 / 16 May 2026
91
12:55 / 16 May 2026
100
12:54 / 16 May 2026
444
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.