Bakıda 18 may tarixində bu xidmət PULSUZ OLACAQ
16 May 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
633
20.07.2020, 16:34
"Hazırda sağalma nisbəti yoluxmadan daha çoxdu. Əgər karantini tamamilə dayandırsaq, ciddi problemlər yarana bilər.
Müalicələrin effektivliyinin artdığı, tendensiya sağalmağa doğru getdiyi bir vaxtda karantini tamamilə dayandırmaq bizi geri aparar. Amma təbii ki, bunun həlli yolu var. Türkiyənin təcrübəsindən istifadə edə bilərik. Türkiyədə hər bir yer açıldı, amma bir şərtlə ki, ciddi nəzarət tətbiq olunsun. Hamı maskadan, əlcəkdən və dezinfeksiya vasitələrdən istifadə etsin. Bu şərtləri yerinə yetirməklə Azərbaycanda da karantini ləğv etmək olar".
Bu sözləri Redaktor.az-a millət vəkili Jalə Əhmədova deyib. O bildirib ki, karantin uzandıqca günəmuzd işləyən insanların ciddi problemləri yaranır:
"Artıq neçə aydır iş yerləri bağlı olduğu üçün günəmuzd işləyən insanların çox böyük problemləri yaranıb. Hətta 190 manatı ala bilməyən insanlar da var. Çünki adlarında torpaq sahəsi və s var. Bəlkə də həmin vətəndaş heç o ərazidən istifadə etmir, amma buna görə yardım ala bilmir. Bu isə insanlarda böyük aqressiya yaradır. Düşünürəm ki, karantini müəyyən şərtlər daxilində dayandırmaq olar. Sadəcə Post Patrul Xidməti, polislər, Daxili Qoşunlar və s. vəziyyətə ciddi nəzarət edə, şəhərdə reydlər təşkil edə bilərlər ki, hamı maskadan stifadə etsin. Belə olsa, çox yaxşı olar. Vətəndaşların da özlərində məsuliyyət güclü olmalıdır".
15:15 / 16 May 2026
1
15:13 / 16 May 2026
8
14:31 / 16 May 2026
43
14:25 / 16 May 2026
45
14:15 / 16 May 2026
50
13:55 / 16 May 2026
61
13:33 / 16 May 2026
61
13:29 / 16 May 2026
189
13:25 / 16 May 2026
60
13:15 / 16 May 2026
59
12:55 / 16 May 2026
70
12:54 / 16 May 2026
259
12:39 / 16 May 2026
590
12:36 / 16 May 2026
73
12:29 / 16 May 2026
70
12:27 / 16 May 2026
68
12:15 / 16 May 2026
67
12:11 / 16 May 2026
207
12:00 / 16 May 2026
77
11:57 / 16 May 2026
71
11:42 / 16 May 2026
77
11:40 / 16 May 2026
71
11:38 / 16 May 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.