FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
16 May 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
654
19.07.2020, 20:10
Almaniyanın Berlindəki aerokosmik mərkəzinin alimləri kompüter modelləşdirilməsi vasitəsilə Ayın doğum tarixini bərpa ediblər.
Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, onlar bu araşdırma ilə bəzi ümumi qəbul edilmiş nəzəriyyələri pozublar.
Qeyd edək ki, Ayın Yerin protoplanet Teia ilə toqquşmasından sonra meydana gəldiyinə inanılır. Kosmik kataklizm nəhəng yer süxurlarının Yer orbitinə atılmasına səbəb olub. Onlar təbii peyk üçün "əsas" olub.
Mövcudluğunun ilk illərində Ay tamamilə əriyib. Alimlər magmatik okeanın nə qədər tez soyuması və bərkiməsi lazım olduğunu hesablayıblar. Tədqiqat çərçivəsində astronomlar Ay qabığının istilik keçiriciliyini, həmçinin magmada qaya hissəciklərindən istiliyi buraxması prosesini də öyrəniblər.
"Araşdırmaya görə, gənc Yer Günəş sistemi doğulandan 140 milyon il sonra protoplanetlə toqquşub. Hesablamalarımıza görə, bu 4.425 milyard il əvvəl baş verib", - deyə araşdırma müəllifləri qeyd edib.
Daha əvvəl aparılan araşdırmalar isə Ayın yaşını 4,51 milyard il olaraq təyin edirdi. Yeni məlumatlar göstərir ki, Ay Yerdə möhkəm bir daxili nüvənin meydana gəlməsi ilə eyni vaxtda yaranıb.
"Bu hadisələr arasında güclü bir əlaqə var, çünki Teianın nəhəng zərbəsi, ehtimal ki, nüvənin meydana gəlməsinə çox kömək edən Yer mantiyasında geniş miqyaslı əriməyə səbəb olub", - deyə araşdırma müəllifləri qeyd edib.
Kompüter modeli Aydakı maqmatik okeanın gözlənildiyindən 10 dəfə çox - 200 milyon il ərzində maye halında qaldığını sübut edib.
Əvvəllər ayda geniş miqyaslı karbon emissiyalarının qeydə alındığı bildirilmişdi. Bu element tarixin əvvəlindən Yerin peykində mövcud idi.
14:15 / 16 May 2026
8
13:55 / 16 May 2026
35
13:33 / 16 May 2026
49
13:29 / 16 May 2026
132
13:25 / 16 May 2026
50
13:15 / 16 May 2026
49
12:55 / 16 May 2026
65
12:54 / 16 May 2026
201
12:39 / 16 May 2026
221
12:36 / 16 May 2026
66
12:29 / 16 May 2026
64
12:27 / 16 May 2026
63
12:15 / 16 May 2026
61
12:11 / 16 May 2026
187
12:00 / 16 May 2026
70
11:57 / 16 May 2026
65
11:42 / 16 May 2026
71
11:40 / 16 May 2026
66
11:38 / 16 May 2026
422
00:49 / 16 May 2026
321
00:37 / 16 May 2026
306
00:00 / 16 May 2026
339
23:36 / 15 May 2026
330
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.