Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
17 Noyabr 2026, 13:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
862
18.07.2020, 22:08
Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib. Bildirilir ki, imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. DİM imtahanları 23-24 iyuldan başlayaraq keçirməyə başlayacaq.
Əslində, ötən illər bu dövrdə bütün imtahanlar yekunlaşırdı. Pandemiya ilə əlaqədar olaraq hazırda qəbul imtahanları nəinki yekunlaşmayıb, heç birinci mərhələsi belə tam başa çatmayıb. Hələ də imtahanların keçirilməsi davam edir.
Bəs bunun abituriyentlərin nəticələrinə hansı təsirləri olacaq? Uzun müddət ərzində imtahanların keçirilməməsi şagirdlər arasında psixoloji gərginlik yaradırmı?
Bu barədə Publika.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov deyib ki, hazırda bir neçə aydır, hətta pandemiya başlayandan bəri abituriyentlər stress içərisindədirlər: “Yəni, onlar əvəlki aylarda müəllimləri ilə görüşə bilmədikləri üçün gərginlik keçirirdilər. İndi isə imtahanlara girə bilmədikləri üçün stress yaşayırlar. Mövzuları, test tapşırıqlarını bitiriblər və eyni bir mövzunu yenidən təkrar-təkrar oxumağın mənasız olduğunu düşünürlər. Bu mənada imtahanların təxirə salınması onların psixoloji hazırlığına mənfi təsir göstərir və onlarda imtahanlarda lazım olacaq həyəcan və adrenalin itir. Buna görədə abituriyentlərin vəziyyəti heç də yaxşı deyil. Əlbəttə bu, subyektiv olaraq abituriyentdən abituriyentə dəyişir”.

Təhsil eksperti bildirib ki, psixoloji mənada ailəsindən, peşəkarlardan dəstək alan və yaxud öz-özünü psixoloji sağlam saxlaya bilən abituriyentlər bu işin öhdəsindən layiqincə gələcəklər:
“Burada əziyyət çəkən, problem yaşayan abituriyentlər də var. Onların arasında buraxılış imtahanında hələ də iştirak etməyən və ya buraxılış imtahanında iştirak edib 400 ballıq olan blok imtahanında iştirak etməyənlər var. Bakı və rayonlarında demək olar ki, buraxılış imtahanlarının böyük bir hissəsi keçirilməyib. Buna görə də abituriyentləri çətin bir imtahan prosesi gözləyir. Abituriyentlərə bu mənada uğurlar arzulayırıq. Ancaq burada psixoloji olaraq gərginlik və narahatlıq var. Bu narahatlıqların imtahan nəticələrinə təsiri olacaq. Çünki eyni həyəcanla imtahanlara girə bilmədikləri üçün o narahatlıqların təsirsiz ötüşməsi mümkün deyil”.
Psixoloq Vəfa Əkbərin fikrincə, istənilən vəziyyətdə bir insan əgər nəyisə təyin olunan vaxtından artıq gözləyirsə, o şəxsin motivasiyası da tez ölür:
“Bir müddət sonra isə artıq motivasiyası ölən şəxsin həvəsi də tükənir. Bu da həmin insanın frustrasiyaya düşməsi, yəni məqsədlərinə gedən yolda maneənin çıxması ilə nəticələnir. Bu isə abituriyentləri apatik, yəni vecsiz edir. Bu gün abituriyentlərin hazırlaşması, vəziyyətə daha ciddi yanaşması çox aşağı səviyyədədir. Çünki, onlar artıq təyin olunan bir vaxtda hədəflərini dəqiqləşdirmirlər. Bu şəxslər o vaxtın nə zaman olacağını da bilmirlər.

14:15 / 17 Noyabr 2026
1
14:02 / 17 Noyabr 2026
33
13:57 / 17 Noyabr 2026
58
13:45 / 17 Noyabr 2026
69
13:24 / 17 Noyabr 2026
87
13:22 / 17 Noyabr 2026
95
12:58 / 17 Noyabr 2026
84
12:55 / 17 Noyabr 2026
95
12:43 / 17 Noyabr 2026
89
12:25 / 17 Noyabr 2026
99
12:05 / 17 Noyabr 2026
589
11:58 / 17 Noyabr 2026
99
11:56 / 17 Noyabr 2026
303
11:28 / 17 Noyabr 2026
104
11:00 / 17 Noyabr 2026
147
10:54 / 17 Noyabr 2026
134
10:50 / 17 Noyabr 2026
152
10:45 / 17 Noyabr 2026
138
10:32 / 17 Noyabr 2026
147
10:30 / 17 Noyabr 2026
152
10:22 / 17 Noyabr 2026
149
10:17 / 17 Noyabr 2026
144
10:13 / 17 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.