Yol tikintisi zamanı 8 min il əvvələ aid insan skeletləri TAPILDI
16 May 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
618
18.07.2020, 19:45
İyulun 17-də Operativ Qərargahın qərarı ilə Azərbaycanda ümumi karantin rejiminin müddəti daha bir ay uzadıldı. Yay ayları olduğu üçün insanlar Bakıda deyil də bölgələrdə istirahət etməyə üstünlük verir. Bu müddət ərazində vətəndaşlar koronavirus testi verdikdən sonra bölgələrə getməsinə icazə verilə bilərmi?
Oxu24.com xəbər verir ki,bununla bağlı KONKRET.az-a danışan deputat Azər Badamov bildirib ki, koronavirusla effektiv mübarizəyə nail olmaq üçün Operativ Qərargahın qərarları hamımızın gündəlik həyatı üçün əsas şərti olmalıdır: “Çünki, birinci tətbiq olunmuş sərt karantin rejimindən sonra həyata keçirilən yumşalmalar insanların arasında təması çoxaltmışdı və bəzi məsuliyyətsiz vətəndaşların karantinin tələblərinə loyal münasibətindən koronavirusun yoluxma dinamikasında kəskin artım müşahidə olundu. Bu da yenidən sərt karantin rejiminin tətbiqini gündəmə gətirdi.
İkinci dəfə tətbiq olunmuş sərt karantin rejiminin uzadılması və qaydalara riayət olunmasında nəzarətin artırılması yenidən COVID-19 infeksiyasının yoluxma zəncirində azalmalara nail olmağımıza imkan verin. Son günlər gündəlik yoluxanların sayı sağalanların sayından az olub. Amma Operativ Qərargah sərt karantin tətbiq olunmuş 14 rayonda karantin rejimini qüvvədə saxlayıb və müddəti 5 avgusta qədər uzadıb. Bununla yanaşı SMS icazə vaxtı 2 saatdan 3 saata artırılıb, bəzi sahələrin fəaliyyətinə icazə verilib.
Yay ayları olduğundan şəhər əhalisində rayonlara getmək arzusu daha yüksəkdir. Əsasən işləyənlərin əksəriyyəti də çalışır ki, məzuniyyətlərini yay aylarında alsın. Bunu nəzərə alaraq düşünrəm ki, sərt karantin rejiminin tələblərində insanların rayonlara getməsinə imkan verən müəyyən güzəştlər tətbiq olunmalıdır.
Məsələn, son 12 saat ərzində testin neqativ cavabı əlində olan şəhərdə yaşayanların rayonlara gedişinə icazə verilə bilər. Onu da qeyd etmək istəyirəm ki, tibbi maskanın taxılması, sosial məsafənin gözlənilməsi və şəxsi gigiyenasına riayət olunması hamı üçün həyatı vacib məsələ olaraq qalmalıdır və hamı riayət etməlidir”.
00:49 / 16 May 2026
242
00:37 / 16 May 2026
258
00:00 / 16 May 2026
274
23:36 / 15 May 2026
233
23:31 / 15 May 2026
110
23:27 / 15 May 2026
98
23:25 / 15 May 2026
99
23:22 / 15 May 2026
111
23:20 / 15 May 2026
278
23:19 / 15 May 2026
260
23:19 / 15 May 2026
294
23:15 / 15 May 2026
228
23:09 / 15 May 2026
114
23:08 / 15 May 2026
106
23:04 / 15 May 2026
102
22:50 / 15 May 2026
103
22:44 / 15 May 2026
314
22:33 / 15 May 2026
277
22:24 / 15 May 2026
357
22:01 / 15 May 2026
581
21:31 / 15 May 2026
140
21:21 / 15 May 2026
213
21:10 / 15 May 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.