Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan gələn tibb işçilərinin bir qrupu Sumqayıtda fəaliyyət göstərəcək

Rusiyadan gələn tibb işçilərinin bir qrupu Sumqayıtda fəaliyyət göstərəcək

CƏMİYYƏT

529

18.07.2020, 17:59

Rusiya Federasiyasının Azərbaycanda olan həkimlərinin bir qrupu Sumqayıta gəlib.

Rusiyalı mütəxəssislər Sumqayıtda COVID kimi fəaliyyət göstərən şəhər 1 saylı xəstəxanasına cəlb olunub. Onların arasında anestezioloq–reanimotoloq və ixtisaslaşdırılmış tibb bacıları var.

Rusiyalı həkimlər yerli həmkarları ilə birgə COVID-19-a yoluxan xəstələrin müalicəsində iştirak edirlər. Xəstəxanada fəaliyyət göstərən 10 və 15 çarpayılıq reanimasiya və intensiv terapiya şöbələri birləşdirilib.

TƏBİB xəstəxananın reanimasiya şöbəsinin müasir tibbi avadanlıqlarla təchizatını diqqətdə saxlayır.