Qaynar xətt:

(+99450) 247 90 86

İcra başçısı Orduya yazıldı - FOTO

İcra başçısı Orduya yazıldı - FOTO

CƏMİYYƏT

1187

18.07.2020, 00:15

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışına qoşulan Göyçay gəncləri, Qarabağ qaziləri, idmançılar bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay şöbəsində qeydiyyatdan keçiblər.

Oxu24.com  Axar.az-a istinadla xəbər verir ki, qeydiyyatdan keçənlər arasında rayonun icra başçısı Mehdi Səlimzadə də olub.

Daha sonra könüllülər qarşısında çıxış edən başçı Azərbaycan Ordusunun qüdrətindən, yüksək texniki bazaya, vətənpərvərlik ruhuna, nizam-intizama, qayda-qanuna malik olduğundan danışıb.

Rayon rəhbəri vətəndaşlarımızın bu gün həmrəylik nümayiş etdirməsini yüksək qiymətləndirərək, təşəkkürünü çatdırıb.