Yol tikintisi zamanı 8 min il əvvələ aid insan skeletləri TAPILDI
16 May 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
710
17.07.2020, 23:23
İmam Sadiq (ə) buyurur: "Üç şey vardır ki, əgər kimdə olarsa, ağa və sərvər olar: qəzəbini yatızdırmaq, pis əməlli insanı bağışlamaq, can və mal ilə sileyi-rəhm etmək".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim qəzəbini yatızdırar - Allah cəzasını ondan götürər. O kəs ki, dilini saxlayar - Allah onun eyiblərini gizlədər".
İmam Əli (ə) buyurur: "Ən üstün kəs odur ki, əgər onu qəzəbləndirsələr - səbir edər. Ona zülm edilərsə - bağışlayar. Ona pislik edilərsə - yaxşılıq edər".
İmam Əli (ə) buyurur: "Dostu qəzəbləndirmək və xəcalətli etmək - ondan ayrılmağın müqəddiməsidir".
İmam Rza (ə) buyurur: "Bir-birinizi görməyə gedin və bir-birinizin əlini sıxın və bir-birinizə qəzəblənməyin".
İmam Sadiq (ə) buyurur: "Üç kəs üç şeydən başqasında tanınmaz: səbirli olmaq - qəzəblənən zaman, igid olmaq - müharibədə, qardaşlıq - ehtiyaclı olan zaman".
İmam Əli (ə) buyurur: "Həsəd aparan insan tez qəzəblənər və kini qəlbindən gec çıxar".
İmam Əli (ə) buyurur: "Öz nəfsinlə cihad et və qəzəbinə hakim ol. Pis adətlərinlə müxalifətlik et o zamana qədər ki, nəfsin təmizlənər. Ağlın kamala çatar və Allahın mükafatından kamil şəkildə bəhrə alarsan".
İmam Sadiq (ə) buyurur: "Hər kim qəzəbini yazıtdırar, Allah Təala dünya və axirətdə onun izzətini artırar".
İmam Əli (ə) buyurur: "Səbirli olmaq qəzəb atəşini yatızdırar, sərtlik isə onu alovlandırar".
İmam Hadi (ə) buyurur: "Əlinin altında olanlara qəzəblənmək - alçaqlığın nişanəsidir".
Həzrət Peyğəmbər (s) buyurur: "Bilin ki, qəzəb insan qəlbində olan bir parça atəşdir. Məgər qızarmış gözlərini və boynunun damarlarını görməyiblər. Hər kimdə bu hisslər olarsa, torpağın üzərində əyləşsin".
İmam Sadiq (ə) buyurur: "Mömin o zaman ki, qəzəblənər, qəzəbi onu haqdan çıxartmaz. O zaman ki, razı olar, razı olması onu batilə tərəf çəkməz. Qüdrət əldə edərsə, öz haqqından çoxunu götürməz". (Beytutə)
İmam Əli (ə) buyurur: "Qəzəblə tərbiyə etmək (mümkün) deyildir".
İmam Sadiq (ə) buyurur: "O kəs ki, üç dəfə sənə qəzəblənər, ancaq sənə pis söz deməzsə - onu özün üçün dost seç".
00:49 / 16 May 2026
242
00:37 / 16 May 2026
258
00:00 / 16 May 2026
274
23:36 / 15 May 2026
233
23:31 / 15 May 2026
110
23:27 / 15 May 2026
98
23:25 / 15 May 2026
99
23:22 / 15 May 2026
111
23:20 / 15 May 2026
278
23:19 / 15 May 2026
260
23:19 / 15 May 2026
294
23:15 / 15 May 2026
228
23:09 / 15 May 2026
114
23:08 / 15 May 2026
106
23:04 / 15 May 2026
102
22:50 / 15 May 2026
103
22:44 / 15 May 2026
314
22:33 / 15 May 2026
277
22:24 / 15 May 2026
357
22:01 / 15 May 2026
581
21:31 / 15 May 2026
140
21:21 / 15 May 2026
213
21:10 / 15 May 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.