Yol tikintisi zamanı 8 min il əvvələ aid insan skeletləri TAPILDI
16 May 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
610
17.07.2020, 22:30
Avqustun 5-dək davam edəcək sərt karantin rejimi dövründə Bakı metropoliteninin bağlı qalması məsələsinə aydınlıq gətirilib.
Oxu24.com xəbər verir ki, Azərbaycan Televiziyasında yayımlanan “Hədəf" verilişində danışan Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ictimai nəqliyyatla bağlı məhdudiyyətlərin səbəbini belə izah edib:
“Məhdudiyyətlərə əsasən: Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti tamamilə dayandırılır; Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Qarşıdan gələn uzadılma dövründə də ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Bakı metropoliteninə gəldikdə, metropolitenin fəaliyyətinin dayandırılması bilavasitə onunla əlaqədardır ki, texniki parametrlər və qaydalar onunla əsaslandırılır ki, metro qapalı məkandır və şaxta prinsipi əsasında fəaliyyət göstərir. Onun ventilyasiya sistemi də mərkəzləşmiş qaydadadır. Ventilyasiya sisteminə virusun düşdüyü halda bütün sistemi yoluxdura bilər. Sonra isə hava hərəkəti vasitəsilə digər məntəqələrə yayılmasını asanlaşdıra bilər.
Bu, təkcə Azərbaycanda deyil, digər ölkələrdə də koronavirusa qarşı mübarizə çərçivəsində ictimai nəqliyyata tətbiq olunan məhdudiyyətlər sırasında ilk metropolitenə tətbiq olunur”.
00:49 / 16 May 2026
242
00:37 / 16 May 2026
258
00:00 / 16 May 2026
274
23:36 / 15 May 2026
233
23:31 / 15 May 2026
110
23:27 / 15 May 2026
98
23:25 / 15 May 2026
99
23:22 / 15 May 2026
111
23:20 / 15 May 2026
278
23:19 / 15 May 2026
260
23:19 / 15 May 2026
294
23:15 / 15 May 2026
228
23:09 / 15 May 2026
114
23:08 / 15 May 2026
106
23:04 / 15 May 2026
102
22:50 / 15 May 2026
103
22:44 / 15 May 2026
314
22:33 / 15 May 2026
277
22:24 / 15 May 2026
357
22:01 / 15 May 2026
581
21:31 / 15 May 2026
140
21:21 / 15 May 2026
213
21:10 / 15 May 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.