Yol tikintisi zamanı 8 min il əvvələ aid insan skeletləri TAPILDI
16 May 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
545
17.07.2020, 22:00
"Mənim cəbhə bölgəsindən şəhidlərimizin sayı ilə bağlı təsadüfi etdiyim səhv bəzi sosial şəbəkə istifadəçiləri və saytlar tərəfindən təhrif olunaraq yayımlanıb".
ƏTRAFLI
Project GLO
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
A.Nağıyev qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində ermənilərin təxribatının ilk günlərindən həmin bölgəyə gedib: "Yaxından tanıdığım Tovuzun Ağdam, Dondar Quşçu və digər kəndlərinin sakinləri ilə daim təmasda olub, görüşlər keçirimişik. Şəhid xəbərləri hamıya mənəvi təsir göstərir, Türkiyənin media qurumlarından birinə verdiyim həmin açıqlama zamanı da şəhid dəfnində iştirak edirdim. Bundan öncə də 2 şəhid dəfnində iştirak etmişdim, insan itkisi əlbəttə ki, ağırdır, şəhid cənazəsini ailəsinə təhvil vermək, onların üzündəki kədəri, göz yaşını görmək insana təsir etməyə bilməz. Bütün bunların yorğunluğu, yaşatdığı mənəvi-pisixoloji vəziyyət bu xoş olmayan təsadüfi səhvin yaranmasına əsas səbəblərdən oldu.
Türkiyə media qurumunun təkidi ilə çox əlverişsiz şəraitdə onlara açıqlama verdim. Əlbəttə ki, bu açıqlamada məqsəd Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq olub. Yuxarıda sadaladığım səbəblər, həmin anda ağır psixolojik durumum şəhidlərimizin sayı ilə bağlı təsadüfi səhvin olmasına şərait yaratdı".
A.Nağıyev bildirib ki, düşmənə qarşı birlik olmalı olduğumuz günlərdə bu hadisənin bəzi sosial şəbəkə istifadəçiləri və saytlar tərəfindən təhrif olunaraq düşmənə sərf edən formada paylaşılması üzücüdür:
"Hörmətli, Azərbaycan xalqım, əgər bu səhvim sizə mənəvi təsir edibsə, sizdən üzr istəyirəm. Bir daha qəhrəmancasına həlak olan bütün şəhidlərimizin ailələrinə və yaxınlarına Allahdan səbr diləyirəm, bunlar bizim əzmimizi qıra bilməz. Azərbaycan Ordusu yüksək peşəkarlıqla öz işini görür, ordu rəhbərliyi, istərsə də sakinlər mütəşəkkildirlər, bu istiqamətdə lazımi tədbirlər görülür, erməni təxribatlarının qarşısı qətiyyətlə alınır. Vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır".
00:49 / 16 May 2026
242
00:37 / 16 May 2026
258
00:00 / 16 May 2026
274
23:36 / 15 May 2026
233
23:31 / 15 May 2026
110
23:27 / 15 May 2026
98
23:25 / 15 May 2026
99
23:22 / 15 May 2026
111
23:20 / 15 May 2026
278
23:19 / 15 May 2026
260
23:19 / 15 May 2026
294
23:15 / 15 May 2026
228
23:09 / 15 May 2026
114
23:08 / 15 May 2026
106
23:04 / 15 May 2026
102
22:50 / 15 May 2026
103
22:44 / 15 May 2026
314
22:33 / 15 May 2026
277
22:24 / 15 May 2026
357
22:01 / 15 May 2026
581
21:31 / 15 May 2026
140
21:21 / 15 May 2026
213
21:10 / 15 May 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.