Yol tikintisi zamanı 8 min il əvvələ aid insan skeletləri TAPILDI
16 May 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
699
17.07.2020, 18:59
“Son gündə koronavirusa yoluxanların sayında sabitləşmə var, bu da sevindirici haldır. Dünən xəstəliyə yoluxma 493, sağalanların sayı isə 561 nəfər təşkil edib. Bu yaxşı göstəricidir, bu sabitliyi qorumaq, onu nəzarətdə saxlamaq üçün ciddi karantin rejiminin uzadılması vacibdir”.
Oxu24.com bildirir ki, bunu “Ölkə.Az”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev sərt karantin rejiminin uzadılması məsələsinə münasibət bildirərkən deyib. O, yaxın zamanlarda yoluxmanın daha da artacağının qaçılmaz olduğunu da qeyd edib.
“Son hadisələr insanların toplu şəkildə yığışması, heç bir karantin qaydalarına riayət etməmələri xəstəliyin yayılmasına münbit şərait yaratdı. Çox güman ki, orada toplaşan insanların bir çoxunda bu simptomlar var idi, bu da kütləvi şəkildə virusun yayılmasına səbəb ola bilər. Bir müddətdən sonra bu özünü büruzə verəcək”.
Baş infeksionist yay fəslində insanların günəşdən, dənizdən D, E vitamini qəbul etməsinin, bunun immun sisteminin möhkəmlənməsi məsələsinə də fikir bildirib. O, insan immun sisteminin möhkəmlənməsində əsas rolun qidalanmasının olduğunu deyib.
“İnsanın immun sisteminin gücləndirilməsində əsas faktor qidalanmaqdır. Bunun üçün rasionumuzda meyvə-tərəvəzlə zəngin qidaların olması vacibdir. Təbii ki, D vitaminin qəbulu bu prosesdə mühüm rol oynayır. Məgər, biz koronavirus olmadığı dövrdə gündə dənizə gedirdik?.. Bu məsələ bir az mübahisəlidir. Çünki insanlar sahildə toplu şəkildə yığışacaq, burada da yoluxma təhlükəsi yaranacaq. Mən hesab edirəm ki, bu situasiyada daha diqqətli olmalıyıq. Bu məsələnin mənfi və müsbət tərəfi dəqiqliklə araşdırılmalıdır. İnsanlara dənizə getməkdən çəkinmələrini tövsiyə edirəm”.
Daha sonra C.İsayev karantin qaydalarına riayət etməklə xəstəliyin tam nəzarət altına alınmasının mümkünlüyündən də danışıb.
“Xəstəliyin sabitliyini qorumaq biz insanlardan asılıdır. Onlar karantin qaydalarına (tibbi maska taxmaq, sosial məsafəni qorumaq, gigiyena qaydalarına əməl) əməl etsələr xəstəlik müəyyən qədər nəzarət altına alına bilər. Düzdür, yoluxmanın qarşısı tam alına bilməz, ancaq müəyyən stabilləşmə yaranacaq. İnsanda bu xəstəliyə qarşı immun sisteminin yaranması tədricən xəstəliyi zəiflədəcək və onun təhlükəli təsiri itəcək. Biz verilən tövsiyələrə səbirlə əməl etsək, tezliklə müsbət nəticələrə nail ola bilərik”, - deyə o, fikrini tamamlayıb.
00:49 / 16 May 2026
1
00:37 / 16 May 2026
23
00:00 / 16 May 2026
53
23:36 / 15 May 2026
112
23:31 / 15 May 2026
58
23:27 / 15 May 2026
58
23:25 / 15 May 2026
61
23:22 / 15 May 2026
61
23:20 / 15 May 2026
147
23:19 / 15 May 2026
141
23:19 / 15 May 2026
186
23:15 / 15 May 2026
91
23:09 / 15 May 2026
73
23:08 / 15 May 2026
61
23:04 / 15 May 2026
63
22:50 / 15 May 2026
62
22:44 / 15 May 2026
198
22:33 / 15 May 2026
187
22:24 / 15 May 2026
251
22:01 / 15 May 2026
425
21:31 / 15 May 2026
109
21:21 / 15 May 2026
166
21:10 / 15 May 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.