Yol tikintisi zamanı 8 min il əvvələ aid insan skeletləri TAPILDI
16 May 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
871
17.07.2020, 15:44
Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov sərt karantin rejiminin daha iki həftə uzadılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edək ki, 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Avqustun 5-dən sonra insanların bölgələrə gedib-gəlişinə icazə veriləcəkmi?
Oxu24.com xəbər verir ki, bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, yay mövsümündə karantin rejimi çətindir:
"Amma buna baxmayaraq müsbət qərarın verilməsi insanların özlərindən asılıdır. İnsanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və verdiyi tövsiyələrə mütləq şəkildə əməl etməlidir. Əks təqdirdə onu yumşaltmaq mümkün deyil. Yayı nəzərə alıb yumşaltsalar və karantin rejiminə əməl edilməsə koronavirus daha sürətlə yayıla bilər.
Operativ Qərargahda bunu nəzərə alaraq 2 həftə də sərt karantin rejimini uzatmaq istəyir. Bunun haqqında artıq ilkin fikirlər də səslənib. Amma təbii ki, qərar yoxdur. Yəqin ki, 2-3 günə rəsmi qərar verilə bilər. Ancaq inanıram ki, 15 gündə müsbət nəticələr əldə ediləcək. Artıq sağalanların sayı yoluxanlardan çoxdur. Bu müsbət haldır. Əgər sağalanların sayı artarsa və yoluxanlar azalarsa yumşalma ola bilər. Burada əsas yük insanların üzərinə düşür. Artıq yaxşı nəticə var. Əgər bu belə davam edərsə insanların rayonlara gedib-gəlişi məsələsinə baxıla bilər".sonxəbər
00:49 / 16 May 2026
1
00:37 / 16 May 2026
23
00:00 / 16 May 2026
53
23:36 / 15 May 2026
112
23:31 / 15 May 2026
58
23:27 / 15 May 2026
58
23:25 / 15 May 2026
61
23:22 / 15 May 2026
61
23:20 / 15 May 2026
147
23:19 / 15 May 2026
141
23:19 / 15 May 2026
186
23:15 / 15 May 2026
91
23:09 / 15 May 2026
73
23:08 / 15 May 2026
61
23:04 / 15 May 2026
63
22:50 / 15 May 2026
62
22:44 / 15 May 2026
198
22:33 / 15 May 2026
187
22:24 / 15 May 2026
251
22:01 / 15 May 2026
425
21:31 / 15 May 2026
109
21:21 / 15 May 2026
166
21:10 / 15 May 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.