Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35698
az

Namazı əvvəl vaxtda qılana Peyğəmbərimizin (s) 3 zəmanəti

18:2017 İyul, 2020
384
CƏMİYYƏT
  • A

Namaz - dinin sütunudur və ibadətlərin şahıdır. Hər kim namazının vaxtına və şərtlərinə əməl edərək yaşayarsa, həm dünya və həm də axirət səadətinə çatar. Namazı əvvəl vaxtda qılmaq - ən çox bəyənilən əməllərdəndir. Məsumlarımız (ə) da bizləri davamlı olaraq bu işə dəvət edirlər.

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, namazı əvvəl vaxtda qılmağa əhəmiyyət verər, üç şeyi onun üçün zəmanət edərəm:

1. Çətinlik və narahatlıqların aradan qalxması.

2. Ölən zaman rahat olmaq.

3. Cəhənnəmdən nicat tapmaq".

İnsan bu həyatda çətinliklə üzləşən zaman onun səbəblərini bilmir.

Hədislərimiz buyurur ki, bu çətinliklərin səbəblərindən biri də budur ki, namazı əvvəl vaxtda qılmırsınız.

Böyük alimlərdən olan Ayətullah Müctehidi buyurur: "O kəslər ki, hər qapını döyürlər, ancaq işləri düzəlmir - ona görədir ki, namazı əvvəl vaxtda qılmırlar.

Cavanlar, sizə tövsiyə edirəm ki, həm dünya və həm də axirətə malik olmaq istəyirsinizsə, namazı əvvəl vaxtda qılın".

Həzrət Peyğəmbər (s) buyurur: "O zamana qədər ki, mömin beş namazın vaxtına diqqət edər - şeytan davamlı olaraq ondan qorxar. O zaman ki, onları zay edər - ona cürət əldə edər və onu böyük günahlara salar".

İmam Sadiq (ə) buyurur: "Ölən zaman ölüm mələyi, namazını qoruyanlardan şeytanı uzaq tutar. O böyük zamanda ona Allaha və Peyğəmbərə (s) şəhadətləri təlqin edər".

İmam Həsən Əsgəri (ə) buyurur: "Allah Təala Həzrət Musa (ə) ilə söhbət edir.

Həzrət Musa (ə) buyurur: "Mənim Allahım! O kəs ki, namazlarını əvvəl vaxtda yerinə yetirər, hansı savaba malikdir?".

Allah Təala buyurar: "Hacət və istəyini ona əta edərəm. Behişti onun üçün mübah edərəm"".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ayın ilk günü hava necə olacaq? -PRQONOZ
İtkin düşən gənc tapıldı
Gəncədə ağır qəza: ölən var

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü