Yol tikintisi zamanı 8 min il əvvələ aid insan skeletləri TAPILDI
16 May 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1197
17.07.2020, 11:27
“Sərt karantin rejiminin daha iki həftəlik uzadılmasını nəzərdə tutmuşuq”.
Oxu24.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov AzTv-yə açıqlamasında bildirib.
O qeyd edib ki, karantinin uzadılması qərarı məcburiyyətdən verilib:
“Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə – 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq”.
Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov Qazet.az-a açıqlamasında bildirib ki, hazırda sərt karantin rejiminin uzadılmasına ehtiyac var.
“Baş Nazir hələ qərar qəbul etməyib. Amma iki həftə daha uzadılarsa, mən də bunun tərəfdarıyam. İlk iki həftədə yoluxma sayı çox yüksək idi. Sonuncu iki həftə ərzində ciddi stabilləşmə gördük. Artıq azalmağa doğru meyilliliyin olduğunu müşahidə edirik. Növbəti iki həftə ərzində uzadılarsa, mən düşünürəm ki, ciddi azalmanı müşahidə edəcəyik. Ciddi azalma olduqda o zaman durumu səhiyyə sistemi ilə müqayisə etməliyik. Avqustda yumuşaldılmaya gedilərsə, bu da mərhələli olmalıdır”, – deyə Nabil Seyidov qeyd edib.
Sərt karantin rejiminin yenidən 16 şəhər və rayonda tətbiq ediləcəyi isə verilən qərardan asılı olacaq.
“Bu, rayonlarda yoluxma sayından asılı olacaq. Son iki həftədə həmin rayonlarda stabillik müşahidə edilir. Hətta azalma da olur. Lakin daha dəqiq məlumat son qərarda əksini tapacaq”, – deyə Nabil Seyidov əlavə edib.
00:49 / 16 May 2026
1
00:37 / 16 May 2026
23
00:00 / 16 May 2026
53
23:36 / 15 May 2026
112
23:31 / 15 May 2026
58
23:27 / 15 May 2026
58
23:25 / 15 May 2026
61
23:22 / 15 May 2026
61
23:20 / 15 May 2026
147
23:19 / 15 May 2026
141
23:19 / 15 May 2026
186
23:15 / 15 May 2026
91
23:09 / 15 May 2026
73
23:08 / 15 May 2026
61
23:04 / 15 May 2026
63
22:50 / 15 May 2026
62
22:44 / 15 May 2026
198
22:33 / 15 May 2026
187
22:24 / 15 May 2026
251
22:01 / 15 May 2026
425
21:31 / 15 May 2026
109
21:21 / 15 May 2026
166
21:10 / 15 May 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.