Qaynar xətt:

(+99450) 247 90 86

Polad Bülbüloğlu Rusiya rəsmisi ilə görüşdü

Polad Bülbüloğlu Rusiya rəsmisi ilə görüşdü

CƏMİYYƏT

825

16.07.2020, 21:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

Oxu24.com xəbər verir ki, səfirliyin Mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlərin, regional təhlükəsizliyin mühüm məsələləri, o cümlədən Ermənistanla sərhədlərimizdə hazırkı vəziyyət müzakirə olunub.

Tərəflər koronavirus pandemiyası və onun fəsadları, habelə hər iki ölkənin vətəndaşlarının vətənə qaytarılması barədə fikirlərini ifadə ediblər. Həmçinin koronavirusdan sonrakı dövrdə birgə əməkdaşlığın müxtəlif istiqamətləri nəzərdən keçirilib.