Qaynar xətt:

(+99450) 247 90 86

Erməni olduğu deyilən Rəşad açıqlama yaydı

Erməni olduğu deyilən Rəşad açıqlama yaydı

CƏMİYYƏT

589

15.07.2020, 19:28

Ötən gün Bakıda baş verən orduya dəstək yürüşü fonunda təxribat xarakterli video yayan və erməni olduğu deyilən Rəşad Məmmədov sosial şəbəkə vasitəsilə açıqlama yayıb.

Oxu24.com   Musavat.com-a istinadən xəbər verir ki, o, bu cür video yaymasını emosional olması ilə əlaqələndirib:

“Həddən artıq emosional insanam və vətənpərvərəm. Mənə gələn dünənki xəbərlər, o məlum videogörüntünü yaymağımı məcbur etdi. Çünki dözə bilmədim, o qədər insanın ölüm xəbəri, insanlarımızın yürüşü, səfərbərlik tələbi (bu, mənim də, arzumdur), məni, düşünmədən o videonu yaymağa məcbur etdi”.

Sonda Rəşad Məmmədov iddia edib ki, bəzi şəxslər bilərəkdən bu cür məlumatlar yayırlar.

Qeyd edək ki, ötən gündən etibarən sosial şəbəkələrdə sözügedən şəxsin təxribata yönəlik səs və videogörüntüləri yayılıb. Sosial şəbəkə istifadəçiləri onun bu paylaşımını yayaraq milliyətcə erməni olduğunu iddia ediblər.