Quru sərhədlər bu şəxslər üçün açıla bilər? — AÇIQLAMA
15 May 2026, 21:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
537
14.07.2020, 19:19
Sərt karantin rejimi çərçivəsində metro stansiyalarının fəaliyyətinin dayandırılması ilə sərnişinlərin “BakıKart”-ın balansını artırmasında müəyyən çətinliklər müşahidə olunur.
Oxu24.com xəbər verir ki,Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a bildirib ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq məsələnin operativ həlli istiqamətində tədbirlər görülüb:
“Bakı Nəqliyyat Agentliyi, Bakı Metropoliteni QSC, “BakıKart” və MilliÖn şirkətlərinin rəhbər şəxsləri arasında video-konfrans formatında görüş keçirilib. Müzakirlərin yekunu olaraq sərnişin tələbatı çox olan metrostansiyalarının vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verilib.
Qərara alınıb ki, iyulun 15-dən etibarən səhər və axşam pik saatlarında daha çox sərnişin tələbatı olan istiqamətlərdə metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılsın.
Qrafikə əsasən saat 06:30-dan 12:00-a qədər “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Azadlıq”, “20 Yanvar” stansiyalarının metroları, saat 16:00-dan 20:30-a qədər isə “20 Yanvar”, “Nizami”, “Gənclik”, “N.Nərimanov” stansiyalarının vestibülləri yalnız ödəmə terminallarında istifadə üçün açıq olacaq”.
“Vestibüllərdə sərnişinlərin maskadan istifadə və sosial məsafənin gözləniləməsi qaydalarına riayət etməsi üçün müvafiq tədbirlər görülür. Sərnişinlərdən “BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qurmalarını xahiş edirik. Əvvəlcədən tədbirli davranış lüzumsüz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.
Video konfransda avtobus dayanacaq məntəqələrindəki ödəmə terminallarındakı yaranan texniki nazaslıqlar və onların həlli məsələləri də müzakirə edilib. Bildirilib ki, hazırda sərt karantin rejiminə uyğun olaraq “BakıKart” və “MilliÖn” şirkətlərində ümumi əməkdaşların 50%-i çalışır. Buna baxmayaraq hər iki operator işini xüsusi rejimdə quraraq ortaya çıxan texniki nasazlıqların qısa vaxtda aradan qaldırılmasına səy göstərir”,-deyə BNA rəsmisi qeyd edib.
21:21 / 15 May 2026
17
21:10 / 15 May 2026
21
20:59 / 15 May 2026
28
20:55 / 15 May 2026
32
20:22 / 15 May 2026
61
20:06 / 15 May 2026
74
19:57 / 15 May 2026
171
19:47 / 15 May 2026
173
19:38 / 15 May 2026
77
19:17 / 15 May 2026
151
19:09 / 15 May 2026
111
19:01 / 15 May 2026
77
18:50 / 15 May 2026
88
18:40 / 15 May 2026
97
18:28 / 15 May 2026
110
18:07 / 15 May 2026
91
18:00 / 15 May 2026
102
17:47 / 15 May 2026
217
17:12 / 15 May 2026
80
17:00 / 15 May 2026
250
17:00 / 15 May 2026
90
16:56 / 15 May 2026
199
16:38 / 15 May 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.