Qaynar xətt:

(+99450) 247 90 86

Kənddə yas mərasiminin keçirilməsinin qarşısı alındı

Kənddə yas mərasiminin keçirilməsinin qarşısı alındı

CƏMİYYƏT

496

13.07.2020, 18:30

Cəlilabad Rayon Polis Şöbəsinə rayon sakini olan R.İmanovun rəhmətə getmiş qohumuna Təzəkənd kəndində il mərasimi təşkil etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və yas mərasiminin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Karantin qaydalarını pozan R. İmanov və həmin məclisdə iştirak edən daha bir nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.