MM saatlıq əməkhaqqı sisteminin tətbiqi barədə dəyişiklikləri ilk oxunuşda qəbul edib
17 Noyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
683
12.07.2020, 19:39
Arı məhsulları dedikdə ağıllara ilk növbədə bal, arı südü kimi qidalar gəlir. Amma arı çörəyi kimi tanınan qida da belə məhsullara daxildir və insan orqanizminə olduqca faydalıdır.
Arı çörəyi təbii vitamin və mineral mənbəyidir.
Oxu24.com sağlamlıq informasiya portallarına istinadla xəbər verir ki, bu məhsullar həm qida kimi istehlak edilir, həm də xalq təbabətində geniş istifadə edilir.
Arı çörəyinin faydaları:
- Mədə və bağırsaq florasını tənzimləyir, zehni fəaliyyəti artırır;
- Uşaqların sağlam böyümə və inkişafına müsbət təsir edir;
- Həzm sistemini tənzimləyir;
- Allergik reaksiyaları azaldır;
- Qandakı xolesterol səviyyəsini nizamlayır.
Bütün bunlardan əlavə arı çörəyi qaraciyər xəstəliklərində, mədəaltı vəzi xəstəliklərində, anemiya, hormonal disbalans, fiziki və zehni gerilik, immun zəifliyi, beyin qan dövranı pozulması, xroniki yorğunluq sindromu, davamlı infeksiyalar və s. zamanı effektiv təsir göstərir. Tərkibi çiçək tozundan ibarətdir. Çiçək tozu özü dəmirlə zəngin olduğundan bir çox xəstəliklərə faydalıdır. Tərkibində K və B vitamini olan arı çörəyindən, qan azlığında, əməliyyadan sonrakı dövrlərdə, şəkərli diabet və endemik zobun müalicəsində də geniş istifadə edilir.
Necə hazırlanır?
Arılar çiçək tozunu toplayaraq bal və arı südü ilə qarışdırıb pətəkdəki yuvalara yığır, işçi arılar onları başları ilə yuvaya doldurur və üstünü şirələyirlər. Çiçək tozu bal və arı südü ilə biokimyəvi reaksiyaya girərək konservləşir və nəticədə kimyəvi cəhətdən çiçək tozundan fərqlənən daha qiymətli bir məhsula çevrilir, özündə arı südü, propolis və balın xüsusiyyətlərini birləşdirir.
Arı çörəyini güləm və ya perqa da adlandırırlar.
17:49 / 17 Noyabr 2026
16
16:51 / 17 Noyabr 2026
83
16:34 / 17 Noyabr 2026
101
16:29 / 17 Noyabr 2026
90
16:21 / 17 Noyabr 2026
103
16:12 / 17 Noyabr 2026
95
15:57 / 17 Noyabr 2026
105
15:43 / 17 Noyabr 2026
110
15:12 / 17 Noyabr 2026
128
15:07 / 17 Noyabr 2026
114
14:52 / 17 Noyabr 2026
132
14:35 / 17 Noyabr 2026
159
14:15 / 17 Noyabr 2026
130
14:02 / 17 Noyabr 2026
161
13:57 / 17 Noyabr 2026
151
13:45 / 17 Noyabr 2026
163
13:24 / 17 Noyabr 2026
141
13:22 / 17 Noyabr 2026
189
12:58 / 17 Noyabr 2026
167
12:55 / 17 Noyabr 2026
167
12:43 / 17 Noyabr 2026
165
12:25 / 17 Noyabr 2026
156
12:05 / 17 Noyabr 2026
877
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.