Qaynar xətt:

(+99450) 247 90 86

Bakı sakinindən 1 kilodan çox narkotik tapıldı

Bakı sakinindən 1 kilodan çox narkotik tapıldı

CƏMİYYƏT

524

10.07.2020, 21:00

Bakı sakinindən külli miqdarda narkotik götürülüb.

DİN mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində əməliyyat tədbiri keçiriblər. Nəticədə Şüvəlan qəsəbə sakini H.Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu və 1 kiloqram 815 qram marixuana aşkar edilərək götürülüb.