Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34213
az

Ekspert: “Maska cəriməsinin yerinə deputatların 3 aylıq maaşı tutulsun”

18:2930 İyun, 2020
445
  • A

“Maska taxmamağa görə cərimələrin artırılması səhv addımdır”.

Oxu24.com xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev Milli Məclisin növbədənkənar sessiyasında maska taxmamağa görə cərimələrin ikiqat artırılmasından danışarkən deyib. O bildirib ki, qoyulan cəriməni ödəməyə belə insanların pulu yoxdur:

“İnsanlarla işləmək, onları başa salmaq əvəzinə yenə də inzibati yollara əl atırlar. Maskaları taxmamağa görə cərimələrin artırılması səhv addımdır, ciddi bir səmərə verməyəcək. Əhali sürücü deyil ki, avtomobilini əlindən alasan və ya hüquqi şəxs deyil ki, bank hesabını bağlayasan. İnsanların pulu ödəməyə imkanı yoxdur”.

Samir Əliyev qeyd edib ki, bundan əvvəl tətbiq edilən 50 manat da çox idi:

“Bəzən elə cəza hallar olur ki, onu sərtləşdirəndə əks effekt verir. Bu dəfə də elə olacaq. Bilmirəm, parlamentdə oturanlar nəyə əsaslanır. Polislə əhali arasında gizlənpaç oyunu başlayacaq. Polis məcbur olub selektiv qaydada cərimə tətbiq edəcək, bu isə narazılıq yaradacaq”.

Samir Əliyev bununla bağlı təklif səsləndirib:

“Parlamentdə dəyişikliyə səs verənlərin 3 aylıq maaş və əlavələrini fonda yönəldib həmin vəsait hesabına əhaliyə pulsuz maska paylansın”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan paraüzgüçüsü Fransada gümüş qazandı
Azərbaycanda 35 yaşlı kişini ildırım vurdu
Talıbov Naxçıvanda vəzifəyə təyin edildi

Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü