Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33779
az

Toyların keçirilməsinə icazə verildi, amma oynamaq qadağan edildi

18:0424 İyun, 2020
1355
  • A

Türkiyə koronavirus pandemiyasının yaratdığı məhdudiyyətləri mərhələli şəkildə ortadan qaldırmağa başlayıb.

Oxu24.com xəbər verir ki, iyul ayının 1-dən bu ölkədə toyların keçirilməsinə də icazə veriləcək. Ancaq toylar əvvəlki dəbdıbısindən uzaq olacaqlar. Belə ki, Daxili İşlər Nazirliyi 81 regiona toylarla bağlı təlimat göndərilib.

Belə ki, toylar yoluxma riskini azaltmaq məqsədi ilə mümkün qədər tez bitəcək və açıq havada keçiriləcək. Qonaqların oturması zamanı sosial məsafə nəzərə alınacaq. Məkanlarda, masalarda dezinfeksiya edici məhlullar yerləşdiriləcək. Girişdəə qonaqların hərarətləri ölçüləcək. Bədən temperaturu 38-dən yuxarı olanlar ən yaxın səhiyyə ocağına göndəriləcəklər.

Bakupost.az-ın ayzdığına görə, toyda qonaqlar maskada olacaqlar. Maskasız gələn şəxslərə də salon girişində maskalar veriləcək. Toylarda qarşılama, yola salma, nəmər vermək, əl verib görüşmək, qucaqlaşmaq kimi salamlaşmalar olmayacaq. Hədiyyələr salonun bir tərəfində olan qutulara salınacaq. Foto çəkdirən, tort kəsilən zaman da gəlin və bəydən başqa hər kəs məsafə saxlayacaq.

Gəlin bəydən başqa şəxslərin məsafə qaydalarını pozmamaq üçün oynamasına, yallı gedilməsinə də icazə verilməyəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhərlər qaraçörəkotu çeynəmək hansı problemləri aradan qaldırır?
İmtahandan keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcək? - AÇIQLAMA
Azərbaycan paraüzgüçüsü Fransada gümüş qazandı

Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü