Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29582
az

Ona niyə ikinci beyin deyilir? Bağırsağınız barədə 7 gözlənilməz fakt

20:1624 Aprel, 2020
398
CƏMİYYƏT
  • A

Bağırsağın beyin ilə sıx bağlı olması dəfələrlə sübut olunub. Bağırsağa hətta "ikinci beyin" deyirlər.

Bizim həzm sistemimizin fəaliyyət dairəsi təkcə yediyimiz yeməklərlə məhdudlaşmır.

Alimlər bağırsağımızın durumu ilə immun sistemi və psixiki sağlamlığımızın pozulması halları arasında bağlılığı aşkar ediblər.

Bağırsaqlarımız haqqında gözlənilməz faktlar:

Avtonom sinir sistemi

Bağırsağımızda trilyonlarla yaşayan bakteriyalar yediklərimizi həzm etməyə kömək edir

"Digər orqanlardan fərqli olaraq bizim bağırsağımız öz-özünə fəaliyyət göstərə bilir.

Bağırsaq beyindən asılı olmayaraq qərarlar qəbul edə bilər və necə fəaliyyət göstərməsi üçün beyindən gələn əmrlərsiz də keçinə bilər", - bağırsaq salamlığı üzrə doktor Megan Rossi deyir.

Mərkəzi sinir sisteminin (CNS) bir hissəsi olan və bağırsağın həzm sisteminə cavabdeh olan avtonom idrak qarın sinir sistemi (ENS) adlanır.

Sistem qarını və həzm sistemini bürüyən və neyronlardan inbarət tora bənziyir.

ENS normal hallarda CNS ilə əlaqəni simpatik və parasimpatik sinir sistemi vasitəsilə qurur.

İmmun sistemimizin təxminən 70 faizi bağırsaqlarımızdadır

Doktor Rossi qeyd edir ki, bizim bağırsağımızın sağlamlığı immun sistemimizin yaxşı işləməsi üçün çox vacibdir.

Onun sözlərinə görə, son araşdırmalar göstərir ki, həzm-bağırsaq sistemində problemlər qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı müqaviməti zəiflədir.

Nəcisimizin 50 faizi faydalı bakteriyalardır

Bizim bədənimizdən çıxan tullantı təkcə yemək qalıqlarından ibarət deyil. Nəcisin içində aşkar edilən bir çox bakteriyalar bədənəmiz üçün faydalıdır.

Bu səbəbdən, nəcisin transplantasiyası bağırsaqlarda həddən çox "pis" bakteriyaları olanların müalicəsi üçün həyati əhəmiyyət daşıya bilər.

"Stool transplantı" adlanan müalicə üsulu nəcis bakteriyalarını sağlam adamdan xəstəyə köçürülməsindən ibarətdir.

Gündə necə dəfə tualetə getmək lazımdır?

Bu bir çox insanları maraqlandıran və narahat edən sualdır.

Doktor Rossi deyib ki, araşdırmaların nəticələrinə əsasən gündə üç dəfədən həftədə üç dəfəyədək normal sayılır.

Yeməklərin çeşidliyi bağırsaqdakı mikroblar üçün faydalıdır

Bizim bağırsağımızda trilyonlarla mikrob var. Onlar qidalı maddələrin həzm olunmasına kömək edir.

Müxtəlif mikroblar qrupu müxtəlif ərzaq növlərinə öyrəşib, odur ki, yeməklərin çeşidliyi bağırsağı daha sağlam edir.

Doktor Rossi qeyd edir ki, həmişə eyni yemək yeyənlərin bağırsağında mikroblar daha zəif olur.

Əhval-ruhiyyəmiz və bağırsağımız arasında əlaqə var

Doktor Rossi hesab edir ki, bağırsaqda problem varsa, stresdə olub-olmadığınızı yoxlamağa dəyər:  "Mən pasiyentlərimə 15-20 dəqiqə meditasiya etməyi məsləhət görürəm. Onlar buna vərdiş edəndən sonra, mən onlarda simptomların yaxşılaşdığını görürəm, stresdən azad olmaq olduqca vacibdir".

Serotoninin 80-90%-in həzm sistemimizdə əmələ gəlməsi ovqatımızla bağırsağımız arasında bağlılığın olmasını göstərir.

Serotonin bağırsaq da daxil, bədənin müxtəlif funksiyalarını təsirləndirən kimyəvi rabitəçidir.

Bu maddə eləcə də psixiki pozuntularla da əlaqələndirilir.

Davamlı stress serotoninin səviyyəsini sala bilər və insanın əhval-ruhiyyəsinə, təşviş və xoşbəxtlik hissinə təsir edə bilər.

İnsanlar və heyvanlar üzərində keçirilmiş əvvəlki araşdırmalarda depressiya və digər psixiki problemlər yaşayan xəstələrin bağırsağındakı mikrob koloniyalarında pozuntlar aşkar edilib.

Araşdırmaların perspektiv istiqaməti psixiki sağlamlığın yaxşılaşdırılması üçün sağlam bağırsaq bakteriyalar qarışığından - "psixobiotiklərdən" - istifadə olunması ilə bağlıdır.

Yemək insana nə zaman pis təsir edə bilər?

Əgər siz hansısa yeməkdən çəkinirsinizsə, onu yeməklə özünüzə problemlər yarada bilərsiniz.

Bəzi qidaların sizin üçün pis olduğunu düşünürsünüzsə, siz bunu hiss etməyə başlaya bilərsiniz

Doktor Rossinin deyir: "Yeməyə münasibətin bağırsaqda necə problem yaratdığını klinikamda görə bilirəm".

Xeyli sayda adam hesab edir ki, qlüten və ya laktoza onlar üçün zərərlidir.

Hətta əslində onların həmin maddələrə allergiyası və ya dözümsüzlüyü olmayanda da belə, onlar bu qidaları qəbul edəndən sonra problemlər yaşayırlar.

Siz həzm sisteminizi yaxşılaşdıra bilərsiniz

Doktor Rossi bağırsağınızın sağlam qalması üçün aşağıdakıları məsləhət görür:

- Bağırsaqdakı mikrob mühitinin müxtəlifliyini genişləndirmək üçün yeməklərinizin çeşidini artırın.

- Stresin qarşısını almaq üçün meditasiya, istirahət, yoqa və digər üsullardan istifadə edin.

- Əgər bağırsaqla bağlı problemləriniz varsa, alkoqol, kofein və ədviyyatlı yeməklərdən vaz keçin. Bunlar problemlərinizi kəskinləşdirə bilər.

- Çalışın yaxşı yatın. Bir araşdırmaya görə, yuxu saatlarınızın dəyişməsi bağırsaqdakı mikrobların fəallığını təsirləndirir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu