Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28430
az

Bu şəxslər Bakıdan regionlara gedə biləcək

22:2009 Aprel, 2020
448
CƏMİYYƏT
  • A

Koronavirus pandemiyası əleyhinə tətbiq edilən qabaqlayıcı tədbirlər kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyimizə təhdid yarada bilər. Bununla bağlı artıq bütün məhdudiyyətlər aradan qaldırılıb və builki yığım təhlükəsizlik qaydalarına riayət edilməsi şərtilə baş tutacaq.

KONKRET.az xəbər verir ki, bu sözləri Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Xəzər TV-nin “Xəzər Səhər” verilişinə müsahibəsində deyib. O bildirib ki, regionlarda kənd təsərrüfatı sahələrində yığımın təşkili üçün lazımi göstərişlər verilib:

“İnsanların əkin sahələrində yığım aparmasına heç bir məhdudiyyət olmayacaq. Bununla belə, karantin rejiminin tələblərinə riayət etmək mütləqdir. Özümüzün və başqalarının sağlamlığı üçün qaydalara əməl olunmalıdır”.

Firdovsi Fikrətzadə qeyd edib ki, insanları ən çox düşündürən məsələlərdən biri də yığım müddətində hərəkətin intensivliyidir:

“Nəzərə almaq lazımdır ki, bunun üçün bir kənddən digərinə və ya rayonlararası, hətta paytaxtdan regionlara səfərlər mütləqdir. Bununla bağlı da artıq müvafiq göstərişlər verilib:

İnsanlar bir kənddən digərinə yığımla bağlı getmək üçün yaşadıqları rayon icra nümayəndəliyindən müvafiq arayış almalıdırlar;
Yığım zamanı təkcə kəndlərarası deyil, rayonlararası da səfərlər baş tutur. Bunun üçün də yaşadıqları rayonun icra nümayəndəliyindən arayış almalıdırlar;
Hazırda regionlarda arıçılıq və ya başqa təsərrüfatı olan, lakin Bakıda yaşayan insanlar var. Bu insanlar Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəfindən verilən arayışı əldə edərək, öz təsərrüfatları üçün regionlara gedə biləcəklər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Limon suyunun möcüzəvi faydaları
Goranboyda ər-arvad dəm qazından öldü
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı