Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27380
az

Hər kəsin alarkən toxunduğu, sevə-sevə yediyimiz isti çörəklər - VİDEO

18:1627 Mart, 2020
364
CƏMİYYƏT
  • A

Natəmiz şəraitdə bişirilən çörək, paketlənmədən, gigiyenik tələblərə cavab verməyən avtomobillərdə daşınır. Paytaxtda fəaliyyət göstərən çörəkbişirmə müəssisələrindən birində yayılan görüntülər müzakirələrə səbəb olub. İllərdir bu məsələ problem olsa da, həll olunmur. Son zamanlar koronovirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda bu məsələ yenidən gündəmə gəlib.

Milli.Az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Eyyub Hüseynov - AİB-in sədri: "Təhlükəli virus ərzaq malları ilə yanaşı onun büküldüyü materialla da keçə bilər. Təsadüfi deyil ki, hələ illər öncə nazirlər kabinetinin 94 saylı qərarı qəbul olunub. Həmin qərarda göstərilir ki, Azərbaycanın əmtəə bazarında satılan bütün mallar bükülməlidir, etiketlənməlidir".

İsa Əliyev - Qida mühəndisi: "Paketlənmiş məhsul fiziki kontominasiyadan, yəni xaricdən hər hansı bir kirlənmə, hər hansı bir toz, torpaq çöp və yaxud da xəstəlik infeksiyanın daxil olmasının qarşısını alır. Və yaxud da məhsulun hava ilə təmasının qarşısını alır".

Paketlənməyən məhsul elə olduğu kimi, satış müəssisələrində rəflərə düzülür. Burada isə çörəklərə gün ərzində onlarla insanın əli dəyir.

Eyyub Hüseynov - AİB-in sədri: "Azərbaycan istehlakçılarının isti çörəyə səhvən bir tələbatı var. İsti-isti də çörəyi bükmək olmur. Bükəndə o tərləyir, sıradan çıxır. Ona görə də istehsalçılar məcburdular ki, isti çörəyi bəzən açıq çıxarsınlar bazara. Bu, Nazirlər Kabinetinin 94 saylı qərarının pozulması ilə bərabər, eləcə də bu təhlükəli xəstəliyin yayılmasına rəvac verir".

Aydın Mirzəzadə - Milli Məclisin deputatı: "Ərzaq məhsulları qapalı formada satılmalıdır. Çörək də həmçinin. Eyni zamanda insanlar da  nəzərə almalıdır ki, açıq şəkildə olan ərzaq məhsullarına əl vurmaq, yoxlaya-yoxlaya getmək düzgün deyil".

Mütəxəssislər qida məhsullarının, o cümlədən çörəyin paketlənməsinin vacib olduğunu deyir.

İsa Əliyev - Qida mühəndisi: "Belə olan halda fiziki kontominasiya, kirlənmə, olmayanda və yaxud hər hansı virus bakteriya daxil olmayanda zəhərlənmə hadisələri və s. aşağı düşür".

Bəzi hallarda səhər saatlarında marketlərə açıq olmadığına görə, çörək paylayanlar yeşikləri mağazanın qarşısına qoyub gedir. Bu isə hər kəsin ciddi narazılığına səbəb olur.

Aydın Mirzəzadə - Milli Məclisin deputatı: "Koronavirus bir daha bəşəriyətin zəif tərəflərini göstərdi. Əgər biz bəşəriyyət mədəniyətini, bəşəriyyətin gələcəyini təmin etmək istəyiriksə, bu zəif yerlərimizi aradan qaldırmalıyıq. Deyilən tövsiyələrə əməl etməliyik".
Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə marketlərdə qablaşdırılmayan məhsulların alıcılar tərəfindən götürülməsi qadağan edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
“Ağ çiçəyim”dən geriyə qalan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
Baş nazir qərar imzaladı, iki nazirliyə TAPŞIRIQ VERDİ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi